VAKANSİYA

06 Yanvar

Korporativ satış üzrə mütəxəssis - VAKANSİYA

Bakı, 06 yanvar Fins.az

“Grand Motors” MMC 2005-ci ilin sentyabr ayında təsis edilmişdir. Azərbaycan bazarının tikinti, kənd təsərrüfatı, istirahət və əyləncə sektorunu hədəf götürən şirkət fəaliyyətini bu istiqamətdə qurmuşdur. Bu baxımdan, “Grand Motors” MMC ağır texnika və yük avtomobillərinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir.

Hazırda şirkət dünyada tanınmış 14 istehsalçının Azərbaycanda rəsmi təmsilçisidir. Bunlar aşağıdakılardır: New Holland Construction, CIFA, New Holland Agricultural, Dynapac, Shantui, Foton, Macshio Gaspardo, Sea Ray, Kawasaki, Davino, Fassi, Pramac, Zorn İnstruments, Sulzer, Weber

“Grand Motors” şirkətində yaradılan infrastruktur texnika və avadanlığın istehsalçıların zavodlarından çıxaraq alıcıya çatdırılana qədər olan mərhələni nəinki izləməyə, hətta ondan sonrakı mərhələni də nəzarət altında saxlamağa imkan verir. Bu mənada, satılmış texnikalara texniki xidmət və ehtiyat hissələrinin təchizatı da şirkətin fəaliyyətinin ayrılmaz hissəsidir.

Vəzifə: Korporativ satış üzrə mütəxəssis

Əsas vəzifə öhdəlikləri

- Korporativ satış ilə bağlı bazar araşdırmalarının aparılması və ehtiyat hissələrin satışını həyata keçirilməsi
- Şirkətin satış həcminin artırılmasına dəstək
- Potensial satış nöqtələri ola biləcək məntəqələrə ziyarət, ehtiyacların analizi
- Müştəri şirkətlərdən rəqiblər və qiymətləri haqqında informasiyaların alınması
- Müştəri ilə görüşmələr və təqdimatların keçirilməsi
- Müştəri araşdırmalarından əldə olunan məlumatlar üzrə müştəri ziyarətlərinin planlanması
- Müştəri ziyarəti, təqdimatın edilməsi və təkliflərin verilməsi
- Ziyarət nəticələrinin izlənilməsi
- Sifarişlərin icra olunması
- Müştəridən sifarişlərin qəbul olunması və sifarişlər üzrə mütəxəssisə ötürülməsi
- Təklifin izlənilməsi və müştəri ilə razılaşdırılması
- Təklif əsasında müqavilənin hazırlanması və imzalatdırılması
- Maliyyə sənədlərinin müştəriyə göndərilməsi
- Müştəri ödəmələrinin izlənilməsi

Namizədə dair tələblər:

- Ali təhsil (Satış, biznesin inkişafı və vakansiyaya uyğun olan hər hansı bir bakalavr dərəcəsi, texniki biliyi arzuolunandır)
- Yalnız bəy namizədlər nəzərdən keçirilir
- İş təcrübəsi: Korporativ satış sahəsində 2 illik iş təcrübəsinin olması (Ehtiyat hissələrin və ya avtomobillərin satışı üzrə təcrübə (minimum 2 il)
- Yaş həddi - 27-40
- Azərbaycan, rus dillərini mükəmməl səviyyədə bilməli, Ingilis dili arzuolunandır
- Ms. Office proqramlarını yüksək səviyyədə bilməli
- İdarəetmə qabiliyyətli, məsuliyyətli və güclü analitiklik bacarığı
- Korporativ satış sahəsinin nəzəri və praktiki biliklərin texnikalarını bilməli
- Müştəriyönümlü satış etmək bacarığının olması
- Sürücülük vəsiqəsi (B,BC kateqoriya )
- Liderlik keyfiyyətlərinə malik olmalı

İş şərtləri: 

- 6 günlük iş qrafiki
- Əmək haqqı: 600-700 AZN + bonus
- Korporativ nömrə, yanacaq şirkət tərəfindən təmin edilir
- İş ünvanı: Binəqədi şossesi, Mədən küçəsi 4 (Xırdalan)

Maraqlanan namizədlər mövzu yerində “Korporativ Satış” yazmaqla öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.