“FİNCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı NAXÇIVAN FİLİALI üçün İNZİBATİ KÖMƏKÇİ vəzifəsinə işçi axtarışı elan edir.
Əsas Öhdəliklər
• İnzibati rəhbərin və təyinatı xətti rəhbərin rəhbərliyi altında təyinati idarənin/ofisin problemsiz işləməsini təmin etmək üçün məsuldur;
• Ofisə gələn şəxslərin qəbul edilmiş prosedurlara uyğun şəkildə düzgün qaydada qarşılanmasını və onlara diqqət göstərilməsini təmin edəcəkdir;
• İşçi heyətini ofis avadanlıqları, təchizatı, kommunikasiya və digər vasitələrlə təmin edəcəkdir;
• Kredit üçün müraciət edənləri müvafiq əməkdaşlara yönləndirilməsini təşkil edəcəkdir.
• Filiallarda imzalanıb, elektronlaşdırılmış (skan) edilmiş kredit müqavilələrinin təşkilatın təlimat tələblərinə uyğun olaraq hazırlanıb, baş ofisə göndərilməsini təmin etmək.
• Fiziki sənədlərin tam olaraq toplanmasını təşkil etmək, yaranmış çatışmamazlıqlar ilə bağlı icraçını məlumatlandırıb, sənədlərin fiziki olaraq tamlığını təşkil etmək
• Ofisin təhlükəsizlik işlərinin təşkilinə nəzarət etmək və qoyulmuş təhlükəsizlik protokollarına əməl edilməsini təmin etmək;
• Tələb olunduqda təyinati FINCA Azerbaijan ofisinə gələn və ya oradan gedən heyət üzvləri və ya qonaqlar üşün logistik işlərin təşkilini həyata keçirmək;
• Lazım olduqda, gündəlik iş prosesində İnzibati və ya xətti rəhbər tərəfindən tapşırılan digər inzibati tapşırıqları yerinə yetirmək.
Tələb olunan bilik və bacarıqlar
• Ali və ya orta təhsil
• Microsoft ofis proqramları üzrə bilik (word və excel) və çap etmə bacarığı
• Xidmət yönümlü – Aktiv şəkildə insanlara köməklik göstərməyə səy göstərmək
• Yüksək şifahi ünsiyyət- məlumatları effektiv şəkildə çatdırmaq üçün digərləri ilə danışmaq bacarığı
• Əlaqələndirmə - fəaliyyətləri digərlərinin fəaliyyətləri ilə uyğunlaşdırmaq
• Ofisdaxili şəxslərarası ünsiyyəti qurmaq və qoruyub saxlamaq
• İşində düzgünlüyə və təfərrüatlara diqqət yetirəmək
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 10 yanvar 2021-ci il tarixdən gec olmamaq şərtilə [email protected] electron ünvanına Subject/Mövzu hissəsində İnzibati Köməkçi (Naxçıvan filialı) qeyd etməklə göndərə bilərsiniz.
QEYD: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.