VAKANSİYA

29 Dekabr

Hüquqşünas – VAKANSİYA

Bakı 29 dekabr Fins.az

“Grand Motors” Hüquqşünas vəzifəsinə işçi axtarır.

Əsas vəzifə öhdəlikləri:

- Şirkət fəaliyyətinin qanuna uyğunluğunu təmin etmək
- Müqavilələrin və digər hüquqi sənədlərin hazırlanması, rəylərin verilməsi
- Şirkət daxilində hüquqi təminat, ekspertiza və təhlil işlərinin aparılması
- Şirkətin hüquqi maraqlarının məhkəmələrdə, hökümət orqanlarında və özəl idarələrdə müdafiəsi, həmçinin məhkəmə işlərinin və məhkəmə qərarlarının icrası proseslərinin aparılması
- Hüquqi şəxslərin, filialların qeydiyyat işlərinin, müvafiq dəyişikliklərin aparılması və qeydiyyata alınması
- Məhkəmədə irəli sürülən iddialarla bağlı qərarların icrasının təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi
- Xarici hüquqi şəxslərlə bağlanılan müqavilələrin və eləcə də digər müqavilələrin hüquqi ekspertizasının aparılması və hüquqi rəyin tərtib edilməsi
- Daxili korporativ aktların, əmr, təlimat, qayda və prosedurların, əsasnamələrin hazırlanmasında iştirak, onların hüquqi ekspertizası

Namizədə dair tələblər: 

- Ali hüquqi təhsil (BDU, ARPDİA və ya Aviasiya)
- İxtisas üzrə praktiki iş təcrübəsi – ən azı 1 il
- Konstitusiya, Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikası tərəf çıxdığı beynəlxalq müqavilələr üzrə biliklər
- Şirkətlər nizamnaməsi, inzibati xətalar məcəlləsi, cinayət məcəlləsi üzrə
- Əmək qanunvericiliyi və normativ – hüquqi aktlar üzrə biliyə və təcrübəyə malik olmaq
- Dil bilikləri: Azərbaycan dili(əla), İngilis dili(əla), Rus dili (arzuolunandır)

İş şərtləri:

- Ünvan: Yasamal r-nu, Mətbuat pr. 28/30
- Bazar ertəsi – Cümə: 8:30 - 17:30, Şənbə : 10.00 – 16.00
- Əmək haqqı: 600 azn net

QEYD: İşə qəbul proseduruna uyğun olaraq vakansiya üzrə namizəd seçimi testləşdirmə və bir neçə mərhələdən ibarət olmaqla müsahibə əsasında həyata keçirilir.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Hüquqşünas” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.