Yelo Bank Kopirayter vəzifəsinə işçi axtarır.
Siz elektron poçtun “mövzu” yerinə “Kopirayter” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.
Struktur: Brendin İdarəedilməsi departamenti
Vəzifə: Kopirayter
Bilavasitə tabeçiliyi: Departament direktoru
Vəzifə öhdəlikləri:
• Daxili və xarici kommunikasiya mətnlərinin tərtib olunması və redaktəsi;
• Bazar trendlərinin, yeniliklərin izlənilməsi və onların işdə tətbiqi;
• Görülən layihələrlə bağlı digər struktur bölmələrlə qarşılıqlı əməkdaşlıq aparmaq;
• Hədəf qrupu və bazarı araşdıraraq kreativ həllər təklif etmək;
• Ayrı-ayrı ideyalarla bərabər, ilk addımdan yekun məhsula qədər tam konseptlərin hazırlanması;
• Bütün layihələrdə brendin kommunikasiya tərzinə uyğunluğu təmin etmək.
Tələblər:
• Bankın dəyərlərinə uyğun davranış;
• Kreativ portfolio;
• Azərbaycan dilində səlis yazı, Rus və İngilis dil bilikləri arzuolunandır ;
• Bu sahədə minimum 3 il iş təcrübəsi;
• Fərdi və komandada işləmək bacarığı;
• Dəqiqlik və operativlik;
• “Nə üçün siz?” sualına cavabı 10 sözlə CV-nizin sonuna qeyd etmək.
Biz Sizə nə təklif edirik:
• Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
• Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
• Sınaq müddəti bitdikdə Könüllü tibbi sığorta proqramına qoşulma;
• Müasir idarəetmə sistemi və mehriban kollektiv.