VAKANSİYA

24 Dekabr

"Nar" işçi axtarır – VAKANSİYA

Bakı 24 dekabr Fins.az

Nar Ön Ofislərin idarə olunması üzrə bölmə rəhbəri vəzifəsinə işçi axtarır.

Vakansiya haqqında

İdarə: B2C Kommersiya
İş müddəti: Daimi
İş qrafiki: Standart
Son müraciət tarixi: 29.12.2020

Sizin əsas vəzifə öhdəlikləriniz

* Bütün Ön Ofislərdə müştəri yönümlü xidməti təmin etmək
* Müştəri rəyləri və dəyərləndirmələr əsasında xidmət səviyyəsini və səmərəliliyi mütəmadi olaraq inkişaf etdirmək
* Ön Ofislərdə müvafiq prosedur və təlimatlara əsasən yüksək səviyyəli müştəri təcrübəsini təmin etmək
* Ön Ofis hədəflərinin şirkət strategiyasına və hədəflərinə uyğunluğunu tənzimləmək
* Müvafiq fəaliyyətlərlə bağlı hesabatlar hazırlamaq
* İş prosesi və komandanın performansına nəzarət etmək
* İşçilərin inkişaf sahələrinə uyğun olaraq fərdi inkişaf planı hazırlanmasına dəstək vermək

Sizdən tələb olunan təhsil və iş təcrübəsi

*Ali təhsil
*Ön Ofislərin idarə olunması üzrə ən azı 5 il iş təcrübəsi
*Partnyorlarla işləmə təcrübəsi üstünlük hesab olunur

Sizdən tələb olunan bacarıq və səriştəliklər

*Liderlik və komanda idarə etmə bacarığı
*Müştəri yönümlü
*Biznes anlayışı
*Nəticəyönümlü
*Analitika qabiliyyəti
*Ünsiyyət qurma bacarığı
*Azərbaycan və İngilis dillərini səlis bilmək (Rus dili biliyi üstünlük hesab olunur)
*MS Office proqramlarını mükəmməl bilmək

Müraciət etmək üçün

CV-nizi [email protected] e-mail ünvanına göndərməyinizi xahiş edirik.
Mövzu hissəsində “Ön Ofislərin idarə olunması üzrə bölmə rəhbəri” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.