VAKANSİYA

24 Dekabr

"Unibank" işçi axtarır – VAKANSİYA

Bakı 24 dekabr Fins.az

Unibank Xarici hüquqi / fiziki şəxslərinin Azərbaycandakı maliyyə əməliyyatlarının yoxlaması üzrə Mütəxəssis (FATCA / CRS) vakansiyasına işçi elan edir.

Başlıca öhdəliklər və məsuliyyətlər

• FATCA/CRS qaydalarını bilmək və işləmək qabiliyyəti;
• FATCA/CRS sahəsində bütün dəyişiklər və yeniliklər haqqında məlumatlı olmaq;
• FATCA/CRS prosedurunun düzgün aparılması, onları nəzarət etmək və aşkar olunmuş; uyğunsuzluqları haqqında rəhbərliyə və biznesə vaxtında məlumat vermək;
• İldə bir dəfə Vergilər Nazirliyinə hesabat hazırlaması və göndərilməsi.

Namizədin Profili

• Ali təhsil;
• Azərbaycan dilində sərbəst danışıq bacarığı, Rus və İngilis dillərində sənədləri/qaydaları oxuyub başa düşəcək səviyyədə bilmək;
• MS Excel, MS Word proqramları və İnternet ilə işləmək bacarığı;
• Müştəri sənədləri ilə işləmək və hesabatları hazırlamaq bacarığı;
• Güclü araşdırma və analitik qabiliyyətinə malik olmaq;
• Stressə davamlılıq və komandada işləmək bacarığı;
• Verilmiş materiallardan istifadə edərək təhlil etmək və işi yerinə yetirmək bacarığı;
• İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilər (vəzifənin adını email-ın mövzu hissəsində (FATCA/CRS) göstərməyiniz xahiş olunur) və ya //unibank.az/az/hrsnew/vacanciesHrm/232 linkinə keçid edib vakansiyaya müraciət edə bilər.