VAKANSİYA

23 Dekabr

 Rəqəmsal marketinq üzrə aparıcı – VAKANSİYA

Bakı 23 dekabr Fins.az

“Brendin İdarəedilməsi departamentində Rəqəmsal marketinq üzrə aparıcı/baş mütəxəssis” vakansiyasını elan edirik.

Siz elektron poçtun “mövzu” yerinə “Digital Marketing” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərlər.

Struktur: Brendin İdarəedilməsi departamenti
Vəzifə: Rəqəmsal marketinq üzrə aparıcı/baş mütəxəssis
Bilavasitə tabeçiliyi: Departament direktoru

Vəzifə öhdəlikləri:

- Bankın bütün rəqəmsal marketinq layihələrinin və onların büdcələrinin planlaşdırılması və icrası;
- Onlayn kanallar vasitəsilə (sosial şəbəkələr, onlayn reklam platformaları və s.) bankın imicinin artırılması və rəqəmsal satış planları üzrə hədəflərə çatmasını təmin etmək;
- Bankın rəqəmsal marketinq layihələri ilə bağlı digər struktur bölmələr və vendor şirkətlərlə qarşılıqlı əməkdaşlıq;
- Mütəmadi rəqəmsal kanallar üzrə testlərin edilməsi, kampaniyaların analizi və effektivliklərinin ölçülməsi (ROI və KPI-lar) ;
- Onlayn analitika platformaları ilə işləmək, onların əsasında optimallaşdırılma apararaq düzgün rəqəmsal müştəri səyahətlərinin qurulması;
- Bazar trendlərinin, yeniliklərin izlənilməsi və onların işdə tətbiqi.

Tələblər:

- Bankın dəyərlərinə uyğun işlərin təşkili;
- Rəqəmsal marketinqi sevmək;
- Bu sahədə minimum 3 il iş təcrübəsi;
- Yaradıcı və analitik düşüncə tərzi;
- Fərdi və komandada işləmək bacarığı;
- Dəqiqlik və operativlik;
- Böyük həcmli və çoxkanallı rəqəmsal kampaniyaları idarəetmə təcrübəsi.

Biz Sizə nə təklif edirik:

- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Sınaq müddəti bitdikdə Könüllü tibbi sığorta proqramına qoşulma;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.