VAKANSİYA

18 Dekabr

"PAŞA Bank" işçi axtarır – VAKANSİYA

Bakı 18 dekabr Fins.az

PAŞA Bank, 3-5 nəfərdən ibarət Data scientistlər qrupunu idarə edəcək Data Scientist Qrup Rəhbəri axtarır.

Vəzifə öhdəlikləri:

Data scientistlər qrupunu idarə etmək

• Detallı və ətraflı planlaşdırma (cədvəllər, deadline və əsas mərhələlər daxil olmaqla), analitik layihələr üçün resurs bölgüsü
• Data scientistlər üçün tapşırıqların təyin edilməsi, onların işinə nəzarət etməklə yanaşı modellərin hazırlanmasında iştirak etmək
• Qrup üzvləri üçün təlimlərin keçirilməsi, və onların praktik təlimatlarla təmin edilməsi
• Data scientistlərin işə qəbul prosesində dəstək göstərilməsi

Analitik modellərin qurulması
• Yaradıcı həllərin və ideyaların əldə olunması üçün bir çox mənbələrdən (həm daxili, həm də xarici mənbələrdən strukturlaşdırılmış və strukturlaşdırılmamış məlumatlar: əməliyyat məlumatları, müştəri işgüzar məlumatları, kredit bürosu məlumatları və s.) verilənlərin şərh edilməsi və təhlili
• Strukturlaşdırılmış və strukturlaşdırılmamış məlumatların hazırlanması (qaydaya salınması, emalı, redaktə edilməsi), məlumatların keyfiyyətinin və bütövlüyünün təmin edilməsi
• Bankın məhsullarını və prosesləri təkmilləşdirmək məqsədilə yeni modellərin hazırlanması (seçilmiş model nümunələri: risk skorinq, meyl modelləri, müştəri seqmentasiyası və s.)

Ideyaları təsirli tövsiyələrə çevrilməsi
• İdarə heyəti üzvləri ilə əlaqə qurulması: strateji prioritetləri anlaşılması, icrası və analitik layihələrə daxil edilməsi
• Mühəndislik və məhsul hazırlayan qruplar ilə sıx əməkdaşlığın aparılması
• Modellərin əsas tərəfdaşlara təqdim olunması və onların asanlıqla başa düşülən formada izah edilməsi

Tələb olunan ixtisas və bacarıqlar:
• Təhsil: Kompüter elmləri, statistika, tətbiqi riyaziyyat və ya digər müvafiq sahə üzrə bakalavr/magistr dərəcəsi
• Data scientistlərdən ibarət qrupun idarə edilməsi üzrə 2 ildən artıq peşəkar təcrübə (vəzifələrin və işin bölgüsü və planlaşdırılması, komandanın yaradılması və inkişafı)
• Banklarda maşın öyrənmə modelləri hazırlamaqda 2 illik peşəkar təcrübə
• Məlumat təhlili və maşın öyrənmə texnologiyalarından istifadə edərək uğurla başa çatdırılan layihələr
• Proqramlaşdırma dillərindən istifadədə 4 ildən artıq peşəkar təcrübə və məlumatların təhlili və maşın öyrənmə kitabxanaları üzrə mükəmməl biliklər (seçilənlərdən ən az biri: Python (Pandas, NumPy, scikit-learn, Scipy, TensorFlow) və ya R)
• Əlavə proqramlaşdırma dilləri və data analitika alətləri (SQL, Alteryx və digərləri) üzrə 4 ildən artıq təcrübə
• Maşın öyrənmə, statistika və data mining texnikaları haqqında qabaqcıl biliklər və qeyd olunanların istifadəsində kifayət qədər təcrübə
• Bankçılıq və analitika təhlili üzrə təcrübə
• Yaxşı ünsiyyət və danışıq bacarıqları
• Azərbaycan və ingilis dillərini mükəmməl; Rus dilini bilmək bir üstünlük kimi qəbul ediləcəkdir

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Data Scientist Qrup rəhbəri” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərə alınmayacaqdır.