VAKANSİYA

17 Dekabr

"Kontakt Home"  işçi axtarır – VAKANSİYA

Bakı 17 dekabr Fins.az

"Kontakt Home"  Keyfiyyətə nəzarət üzrə mütəxəssis vəzifəsinə işçi axtarır.

Vəzifə öhdəlikləri:

• Müvafiq xidmət və fəaliyyətlərin keyfiyyət standartları ilə uyğunluğuna nəzarət etmək;
• Keyfiyyətə nəzarət sisteminin müəyyən edilməsi məqsədilə seçilmiş məhsul və ya xidmətləri qiymətləndirmək;
• İş prosesini başa düşmək, qəbul etmək və keyfiyyətə nəzarət işini planlaşdırmaq;
• Risk qiymətləndirməsinin aparılması, cari risklərin dəyərləndirilməsi, gələcək risklərin müəyyən edilməsi;
• Risklərin aradan qaldırılması üçün təkliflərin hazırlanıb rəhbərliyə təqdim edilməsi;
• Keyfiyyət göstəriciləri və üsulları ilə bağlı təkliflər etmək;
• Uyğunsuzluqların identifikasiya və verifikasiyasını aparmaq;
• Yaranmış uyğunsuzluq hallarına korreksiya, düzləndirici və önləyici tədbirlərin hazırlanması və tətbiq edilməsi;
• Keyfiyyətə nəzarət sistemlərinin uyğunluğu barədə rəy bildirmək.

Tələblər:

• Ali təhsil dərəcəsi;
• Müvafiq sahədə iş təcrübəsi – 1 ildən yuxarı;
• Keyfiyyətə nəzarət üzrə standartların biliyi (İSO 9000, 9001);
• Microsoft Office – təcrübəli istifadəçi;
• Komanda şəklində iş bacarığı;
• Güclü analitik bacarıqları;
• Tez öyrənmək və uyğunlaşmaq bacarığı.

Arzu olunan tələblər:

• Excel proqramı üzrə yüksək səviyyədə biliklər;
• Rus dili biliyi.

İş şəraiti:

- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş qrafiki: I-V günlər, 09:00-18:00.
- Əmək haqqı: 1000 AZN

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

//jobs.talhunt.az/kontakt/420-keyfiyy%c9%99t%c9%99+n%c9%99zar%c9%99t+%c3%bczr%c9%99+m%c3%bct%c9%99x%c9%99ssis