VAKANSİYA

16 Dekabr

"YeloBank" işçi axtarır – VAKANSİYA

Bakı 16 dekabr Fins.az

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda Kreditlərin Bərpası Departamentinin İnformasiya Sistemlərinin İdarə Edilməsi və Dəstək şöbəsi üzrə Kiçik mütəxəssisi / Mütəxəssis / Aparıcı mütəxəssis / Baş mütəxəssis” vakansiyalarını elan edirik.

Siz elektron poçtun “mövzu” yerinə “Kreditlərin Bərpası_Reporting_Mütəxəssis” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

Struktur: Kreditlərin Bərpası Departamenti / İnformasiya Sistemlərinin İdarə Edilməsi və Dəstək şöbəsi
Vəzifə: Kiçik mütəxəssisi / Mütəxəssis / Aparıcı mütəxəssis / Baş mütəxəssis
Bilavasitə tabeçiliyi: Şöbə müdiri

Vəzifə öhdəlikləri:

• Dövrü hesabatların hazırlanması və təqdim edilməsi;
• Rəhbərlik tərəfindən təyin edilmiş tapşırıqların yerinə yetirməsi;
• Sənədlərin hazırlanması və vaxtında təhvil verilməsi.

Tələblər:

• Bankın dəyərlərinə uyğun davranış;
• Kiçik mütəxəssis vakansiyası üzrə bank sahəsində təcrübə arzuolunandır, mütəxəssis vakansiyası üzrə bank sahəsində ən azı 1 il iş təcrübəsi, aparıcı və baş mütəxəssisi vakansiyası üzrə isə bank sahəsində ən azı 3 il iş təcrübəsi (əsasən əməliyyat şöbəsi);
• Güclü ünsiyyət və komandada işləmək bacarığı;
• Məsuliyyət, stresə davamlılıq və dəqiqlik;
• Yüksək analitik və riyazi düşüncə qabiliyyəti;
• Avtomatlaşdırma üzrə texniki biliklər;
• Hesabatların hazırlanması üzrə biliklər;
• Yüksək səviyyədə kompüter bilikləri (MS Office, xüsusilə ilə Excel proqramı üzrə biliklər).

Biz Sizə nə təklif edirik:

• Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
• Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
• Sınaq müddəti bitdikdə Könüllü tibbi sığorta proqramına qoşulma;
• Müasir idarəetmə sistemi və mehriban kollektiv.