Bakı 16 dekabr Fins.az
Vəzifə: Xərclər üzrə mühasib (Cost controller)
Şöbə: Maliyyə
Tabeçilik: Maliyyə meneceri
İşəgötürən: “Yeni Gəncə Hotel Comapny” MMC
Ünvan: Ramada Plaza by Wyndham Gence, Gəncə şəhəri, Şahsevənlər küçəsi ilə Nizami küçəsinin kəsişməsi
Vəzifə öhdəlikləri:
• Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili
• Rəhbərliyə lazımı məlumatları hazırlayıb təhvil vermək
• Online kargüzarlıq bölməsi bağlı işlərin həyata keçirilməsi
• Şirkət adından ödəmə aparılarkən köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanması
• E-Qaimə Fakturalarının tərtib olunması və göndərilməsi
• Məhsullar üzrə norma (reseptura əsasında) maya dəyərinin müəyyən edilməsi, daimi nəzarətdə saxlanılması və mütəmadi olaraq faktiki formalaşmış maya dəyəri ilə müqayisəsi;
• Məhsulun maya dəyəri üzrə iqtisadi cəhətdən əsaslandırılmış hesabatının tərtibi;
• Qiymət məlumat bazasının hazırlanması və qiymət formalaşması prosesində aktiv iştirak;
• Aylıq və illik istehsalat nəticələrinin təhlili, məhsulların maya dəyərinə təsir edən iqtisadi faktorların araşdırılması, istehsal prosesində planlaşdırılan istehsal normalarından kənarlaşmaların araşdırılması və faktiki əməliyyatların icra mexanizminə nəzarət edilməsi;
• Müvafiq mühasibatlıq sənədləri əsasında xərclərin uçotunun aparılması;
• Faktiki çəkilmiş xərclərin təhlili və xərc növləri üzrə mütəmadi hesabatların hazırlanması;
• Şirkətin daxili qaydalarına uyğun olaraq bütün departamentlərin xərclərinə nəzarət;
• Anbar sənədlərinin işlənməsi və aparılan əməliyyatların sistemə düzgün daxil edilməsinə nəzarət;
• Mövcud olan bütün anbarların qalıqlarının çıxarılması və mühasibat sistemində olan qalıqlarla üzləşdirilməsi;
• Gündəlik və aylıq istehsalat, anbar qalığını əks etdirən hesabatların hazırlanması;
• Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.
Namizədə tələblər:
- Ali təhsil (Maliyyə, iqtisadiyyat, mühasibat uçotu və yaxud hotelçilik sahəsi üzrə ali təhsil üstünlük hesab edilir);
- Rus və ya ingilis dili bilikləri arzu olunandır;
- Kompüter bilikləri: 1C (üstünlükdür), Microsoft Office: xüsusən word, excel və power point proqramları;
- İş yeri Gəncə şəhərində yerləşir;
- Hotelçilik və özəl sektorda minimum 5 il iş tərcübəsi;
- İşə planlı yanaşma, yüksək ünsiyyət bacarığı;
- Analitik düşüncə və analiz qabiliyyətinin olması.
İşçinin təminatları:
- Dünyanın məşhur hotel brendlərində təcrübə qazanmış peşəkar kollektivdə iş imkanı;
- Təlim və inkişaf proqramlarında iştirak imkanları;
- Tibbi sığorta;
- Mobil telefon və korporativ nömrə;
İşə müraciət üçün elektron poçt ünvanımız: [email protected]
CV göndərərkən, mövzu yerində müraciət etdiyiniz vəzifənin adını qeyd edin. Sadəcə vəzifə adı qeyd olunan CV-lərə daha çox üstünlük veriləcəkdir.
Son müraciət tarixi: 15 Yanvar 2021-ci il