VAKANSİYA

16 Dekabr

Baş mühasib – VAKANSİYA

Bakı 16 dekabr Fins.az

CRM GROUP MMC “Baş mühasib” vakansiyası üzrə işçi tələb olunur:

Tələblər:

• Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə)
• Mühasibatlıq sahəsində 5 ildən artıq iş təcrübəsi
• Rus və İngilis dillərini bilməsi arzu olunandır
• 1C (8.3) proqramında işləmək bacarığı

Vəzifələr:

- Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin rəsmi maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək
- Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq rəsmi mühasibat uçotunun aparılmasını təşkil etmək
- Proqram üzrə mühasibat yazılışlarının verilməsi
- Rəsmi daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək
- Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi
- Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması
- Rəsmi hesabatların hazırlanması və təqdim olunması
- Elektron Verqi Hesab Faktura, Qaimə Faktrura, Hesab Fakturalarının işlənməsi
- Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması
- Kreditor və debitorlar ilə üzləşmələrin aparılması
- Ödəmə hesablarının hazırlanması və müştərilərə təqdim edilməsi
- İlkin və mühasibat sənədlərinin rəsmiləşdirilməsi

İş şəraiti:

- AR Əmək Məcəlləsinə müvafiq sənədləşmə
- Həftə içi 6 gün iş (6-cı gün qısaldılmış iş günü)
- Əmək haqqı razılaşma əsasında

Maraq göstərən şəxslər öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "Baş mühasib" sözünü qeyd etməklə [email protected] elektron poçtuna göndərə bilərlər.