VAKANSİYA

03 Dekabr

Problemli kreditlər üzrə müfəttiş -VAKANSIYA

Bakı, 03 dekabr Fins.az

"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir. Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Vakansiya: Problemli kreditlər üzrə müfəttiş (Masallı)

Tələblər:

• Təhsil: ali (hüquq təhsili olanlara üstünlük veriləcək)
• Problemli kreditlər sahəsində iş təcrübəsi arzu olunandır
• Tələbkar, obyektiv, məsuliyyətli, aktiv və çevik olmalı
• Məqsədyönlülük (yekun nəticəyə yönəlmə bacarığı), komandada işləmək bacarığı

Vəzifələr:

• Problemli kredit portfellərinə nəzarət etmək
• Hər bir gecikmə üzrə müştərilərlə əlaqə yaratmaq
• Gecikmə səbəblərinin araşdırılması və problemin aradan qaldırılması üçün tədbirlərin görülməsi
• Gecikmədə olan problemli müştərilərlə bilavasitə ünsiyyətin yaradılması, iş aparılması, kompleks tədbirlərin həyata keçirilməsi
• Kredit ödənişlərinin həyata keçirilməsini təmin etmək.

İş şəraiti:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• İş vaxtı: həftənin 6 günü, istirahet günü: bazar
• Telefon danışıqları və işlə əlaqədar digər xərclər şirkət tərəfindən təmin edilir
• ə/h - razılaşdırılma yolu ilə

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdaki link-ə daxil olaraq vakansiyaya müraciət edə bilərlər:

//jobs.talhunt.az/kontakt/391-problemli+kreditl%c9%99r+%c3%bczr%c9%99+m%c3%bcf%c9%99tti%c5%9f+(masall%c4%b1)