VAKANSİYA

03 Dekabr

Satınalma üzrə mütəxəssis-VAKANSİYA

Bakı, 02 dekabr Fins.az

Satınalma üzrə mütəxəssis

Müəssisənin adı: “Qazax Sement Zavodu” MMC
Əsas iş yeri: Qazax rayonu, Daş Salahlı kəndi

Namizədə dair tələblər:

• Ali təhsilli olmalıdır,
• Aidiyyatı sahə üzrə minimum 2 il iş təcrübəsi olmalıdır,
• Microsoft Office proqramları, xüsusi ilə Microsoft Excel və Microsoft Word proqramlarında sərbəst işləməyi bacarmalıdır,
• Güclü kommunikasiya və prezentasiya bacarıqları olmalıdır,
• Rus və / və ya ingilis dilini sərbəst bilməsi vacibdir.

Əsas vəzifə öhdəlikləri:

• Daxili və xarici bazarları araşdırmaq.
• Daxili və xarici bazardan tədarük ediləcək mal və xidmətlərin alqı-satqısı ilə məşğul olan firmaları aşkarlamaq və firmalar haqqında lazım olan ətraflı məlumat əldə etmək.
• Zavod fəaliyyətlərinin idarə olunması üçün lazım olan mal və xidmətləri, prosedurlar daxilində alqı-satqı qaydalarına uyğun olaraq bazar fəaliyyətlərini izləyərək ən qısa müddətdə və lazımi keyfiyyətdə bazardan təmin etmək.
• Bölmələr tərəfindən edilən tələbləri prosedurlara görə hazırlayıb təklif toplama mərhələsinə gətirməyi təmin etmək.
• Bölmələrdən gələn xammal, qatqı, ehtiyyat hissəsi, sərfiyyat vasitlərini və xidmət tələblərini qiymətləndirmək və qısa müddət ərzində tədarüklərini təmin etmək.
• Daxili və xarici bazardan tədarük ediləcək mal və xidmətlərlə əlaqədar müqavilələrin bölmələr tərəfindən hazırlanmasını və Satınalma Rəisinin tapşırıqları əsasında lazımı tədbirləri həyata keçirmək.
• Satınalma işlərini prosedura uyğun olaraq həyata keçirmək.
• Satınalınan mal və xidmətlər üçün proseduralara uyğun olaraq lazımi koordinasyanı həyata keçirmək.
• Satınalma əməliyyatını aidiyyatı prosedurlara uyğun olaraq hazırlamaq və sifariş olunan ləvazimatları nəzarətdə saxlamaq.
• Satınalma hesabatlarının və sənədlərinin hazırlanmasını təmin etmək.
• Satın alınan malın daşınması və sığorta əməliyyatlarını prosedurlar çərçivəsində həyata keçirmək.
• Müəssisəyə mədaxil və məxaric edilən hər növ vəsaitin anbar girişləri və çıxışlarını sistemli şəkildə hıyata keçirilməsini təmin etmək
• Satınalma fəaliyyətini, lazım gələrsə sərfiyat, anbar dəyərləndirilməsi, mədaxil və məxaric zamanı İnsan Sağlamlığı və Təhlükəsizliyi qaydalarına uyğun həyata keçirilməsi üçün işçiləri maarifləndirmək.
• Satınalma malların məxarici, mədaxili və mühafizəsi zamanı Ətraf Mühitin çirklənməməsinin qarşısının alınması üçün lazimi tədbirlərin görülməsi.
• Vəzifəsinə uyğun olaraq Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

Əsas təminatlar:

• Nahar ilə təmin olunur,
• Aylıq mobil rabitə limiti ilə təmin olunur,
• Zavod ərazisində yaşayış yeri şirkət tərəfindən təmin olunur (Adminstrativ heyət üçün zavod ərazisində yüksək səviyyəli Hotel – yataqxana fəaliyyət göstərir),
• İşçilərin iş yerinə rahat gediş-gəlişi üçün ətraf yaşayış məntəqələrinə (Qazax və Ağstafa rayonları) komfortlu servis avtobusları fəaliyyət göstərir.

E - mail : [email protected] . Mövzu hissəsində " Satınalma üzrə mütəxəssis " qeyd olunması zəruridir.

Qeyd: Xahiş olunur fikri ciddi olmayan və tələb olunan sahə üzrə iş təcrübəsi olmayan namizədlər CV göndərməsin.