Bakı, 03 dekabr Fins.az
Marketinq Meneceri
Öhdəliklər:
- Şirkətin fəaliyyətinə uyğun marketinq strategiyalarının hazırlanması və yeni ideyaların təqdim edilməsi;
- Şirkətin bazarda təqdim etdiyi xidmətlər üzrə sosial media fəaliyyətlərini koordinasiya etmək rəqəmsal marketinq fəaliyyətlərinin icrasını təmin etmək;
- Şirkətin təqdim etdiyi bütün növ məhsul və xidmətlərinin reklam və PR fəaliyyətinin təşkili;
- Müştəri bazası, məhsul və xidmətlərin analiz prosesində iştirak edərək, reklamların sifarişə və hazırlanmasına nəzarət etmək;
- Şirkətin platformasına müvafiq sahələrdə layihələrin araşdırması, tenderlərdə iştirak, iri proyektlərin cəlb edilməsi;
- Müştəri xidmətlərinin yaxşılaşdırılmasına dair layihələri təşkil və həyata keçirmək;
- Yerli və xarici satış kanallarının müəyyən edilməsi, habelə müvafiq istiqamətdə strategiya və inkişaf layihələrinin hazırlanaraq icra edilməsi;
- Qısa müddətə və uzun müddətə satış effektivliyini təmin edəcək aktiv təkliflərin hazırlanması və icrası
- Marketinq kommunikasiyalarının effektivliyinin monitorinqi və hesabatı, aylıq marketing fəaliyyətlərinin hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması
- Müştərilərin tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analizini hazırlamaq.
Tələblər:
- Marketinq və ya Biznesin təşkili üzrə ali təhsil
- Müvafiq sahə üzrə minimum 3 illik iş təcrübəsi
- Kreativ olmaq, yüksək təşkilatçılıq qabiliyyəti və sahə üzrə trendləri izləmək
- MS Office yaxşı səviyyədə bilmək
- Azərbaycan və rus dillərində danışma və yazma, ingilis dili biliyi üstünlükdür.
İş vaxtı: Həftənin 6 günü 09:00-dan 18:00-dək
Vakansiya ilə maraqlanan şəxslərdən şəkilli CV-lərini mövzu yerinə "Marketinq Meneceri" qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.