Bakı, 03 dekabr Fins.az
Şirkətin adı: “Payment Sistems” MMC
İşin adı: Baş mühasib
İş yeri: Bakı şəh. Nərimanov rayonu
İş təcrübəsi: 5 ildən az olmamalıdır
Əmək haqqı: namizadə görə dəyişəcək
İş qrafiki : 5 günlük (09:00 – 18:00)
Vəzifə öhdəlikləri:
• Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
• Vergi sahəsi ilə bağlı əməliyyatlar - bütün vergi hesabatlarının göndərilməsi
• E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı. E-portal proqramı ilə işləmək bacarığının olması
• Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
• Mövcud uçotun təhlil olunması və müvafiq hesabatların hazırlanması
• Rəsmi hesabatları (Vergi, Statistika, Məşğulluq) müvafiq orqanlara təqdim etmək
• Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hazırlanmasına nəzarət
• Əməliyyatları 1C proqramında aparmaq
• Tabeçiliyində olan əməkdaşların icra etdikləri əməliyyatlara nəzarət etmək
• BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı -işlərdə birbaşa iştirak etmək
• Vergi uçotunun aparılması, vergi bəyənnamələri və hesabatlarının hazırlanması və təqdim edilməsi, vergi orqanları ilə hesablaşmaların həyata keçirilməsi, vergilərin vaxtında hesablanması və dövlət büdcəsinə ödənilməsinin təmin edilməsi
• Rəhbərliyi tələb olunan mühasibatlıq məlumatları ilə təmin etmək
• Uçot siyasətinin, maya dəyərinin uçotu və amortizasiya metodlarının müəyyənləşdirilməsi və tətbiqinə nəzarət edilməsi
• Tabeçiliyində olan əməkdaşların icra etdikləri əməliyyatlara nəzarət etmək
Namizədə tələblər:
• Ali təhsil (maliyyə, biznesin idarə olunması və mühasibat sahəsində olması vacibdir)
• Ümumi iş təcrübəsi 5 ildən az olmamalıdır
• Vergi, dsmf, əmək qanunvericilikləri üzrə biliklərə sahib olmalı
• Analitik təhlil etmə qabiliyyəti
• ACCA, CİMA və digər sertifikatların olması üstünlükdür
• Xarici dil bilikləri Rus və İngilis dili bilmesi üstünlükdür
• Kompyuter biliyi yüksək səviyyədə (1C7.7, 1C8.3, Excel, Word, Outlook)
Namizədlərdən xahiş olunur ki, şəkil əlavə olunmuş tərcümeyi hallarını [email protected] e-mail ünvanına 20.12.2020-cü il tarixinə qədər mövzu yerində “Baş mühasib” qeyd edərək göndərsinlər. Vəzifə tələblərinə uyğun olmayan müraciətlərin namizədliyinə baxılmayacaqdır.