Azərbaycan Beynəlxalq Bankı Pərakəndə bankçılıq departamentinin İpoteka şöbəsinə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis vakansiyası elan edir.
Görəcəyiniz işlər:
- Verilmiş və ya veriləcək ipoteka kreditlərinin verilməsinin mövcud qayda və tələblərə uyğunluğuna nəzarət etmək;
- Mənzil kredit layihəsi üzrə kreditlərin anderraytinqinin aparılması;
- Şöbə daxilində mütəmadi daxil olan restrukturizasiya müraciətlərinin baxılması;
- İpoteka kreditləşməsi üzrə tələblərin pozulması halları aşkar olunduqda, həmin uyğunsuzluqların aradan qaldırılması üçün tədbirlər görmək;
- Şöbə daxilində hesabatların hazırlanması.
Bizim üçün ideal namizəd:
- Ali təhsili olan;
- Ofis proqramları ilə sərbəst işləməyi bacaran ( SQL bilikləri arzuolunandır);
- İpoteka kreditləşməsi üzrə 1-3 il iş təcrübəsi olan;
- Komandada işləmə bacarığı olan;
- İnduktiv və analitik təhlil bacarıqları olan şəxsdir.
Bu iş sizə nələri qazandıracaq:
- Təlim və inkişaf məsələlərində Bankın dəstəyi
- Davamlı karyera inkişafı
- Bank sahəsində iş proseslərini dərindən öyrənmək imkanı;
- Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
- Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
Əgər bizim axtardığımız ideal namizəd Sizsinizsə CV-nizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.Məktubun mövzu hissəsində müraciət edilən vakansiya adının “İpoteka şöbəsinə namizəd” göstərilməsi xahiş edilir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.ibar.az