VAKANSİYA

24 Noyabr

Baş Mühasib (1300-1700 manat) - VAKANSİYA

 "Azərbaycan Sənaye Korporasiyası" ASC

İş barədə məlumat

- Vahid hesablar planına uyğun olaraq bütün biznes əməliyyatlarının qeydiyyatının aparılmasını təşkil etmək
- Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət etmək
- Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarət etmək
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət etmək
- Banklara ssudalar üzrə borcların müəyyən olunan vaxt ərzində verilməsinə nəzarət etmək
- Müştərilərdən köçürmə yolu ilə firmanın hesabına daxil olan ödəmələrin 1C8 kompüter proqramına daxil edilərək gündəlik bank qalığının yoxlanılmasına nəzarət etmək;
- Şirkət adından ödəmə aparılarkən köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanmasına nəzarət etmək - Maddi dəyərlilərin qorunması təmin etmək, vaxtaşırı maddi dəyərlilərin inventarizasiyanı aparmaq
- Tabeçiliyində olan işçilərin müəssisənin strukturu və idarəetmə prinsiplərinə, subordinasiya və etika qaydalarına riayət etmələrini təmin etmək
- Müəssisənin auditorlar və yoxlama orqanları tərəfindən yoxlamalarının həyata keçirilməsinin təşkil edilməsi
- Balans və müəssisənin fəaliyyəti haqqında digər ümumi hesabatların tərtib edilməsi, onların təyin edilmiş qaydada müvafiq orqanlara təqdim edilməsi. Vergilərin və digər icbari ödənişlərin hesablanması və onların ödənilməsinə nəzarət
- Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS / İFRS) uyğun olaraq maliyyə uçotunu aparmaq və MHBS üzrə maliyyə hesabatlarının hazırlanmaq
- Müəssisənin büdcəsinin hazırlanması və bunun üçün müvafiq şəbə və texniki-mühəndis rəhbər işçiləri ilə birgə işin təşkili
- Müəssisəyə ziyan dəymə, maliyyə, vergi, təsərrüfat qanunvericiliklərinin pozma hallarının qarşısının alınmasına dair tədbirlərin görülməsi
- Müəyyən edilmiş qaydada mühasibat sənədlərinin bütövlüyünü, tərtibatını və arxivə təhvil verilməsinin təmin edilməsi
- İş fəaliyyətində mövcud olan və ehtimal edilən riskləri müəyyən etməli, qiymətləndirməli və onların nəticələrinin yumşaldılması üçün təbirlər planlaşdırmalı və həyata keçirməlidir
- Fəaliyyəti ilə əlaqədar digər strukturlarla əlaqələndirməni təşkil etmək

Namizədə tələblər

- Mülki, maliyyə, vergi qanunvericiliyin bilməli
- Mühasibat uçotunun müəssisədə təşkilini bilməli
- Ali təhsilli
- Ən azı 3 il baş mühasib və yaxud baş mühasibin müavini vəzifəsində iş təcrübəsi
- 1C8 mühasibatlıq proqramı və MS Office kompüter biliyi
- Maliyyə və idarəetmə üçotu üzrə peşəkarlığını təsdiq edən sertifikatlar
- Məsuliyyətli və intizamlı olmaq
- Biznes etikası qaydalarına riayət etmək və nümunəvi davranış
- Komandada çalışmaq bacarığı
- Vaxtın düzgün planlaşdırılması və tapşırıqların vaxtında icrası
- Dəyişikliklərə çevik reaksiya vermək və tez uyğunlaşmaq

  • Şəhər Zaqatala
  • Yaş 30 - 45 yaş
  • Təhsil Ali
  • İş təcrübəsi 3 ildən 5 ilə qədər
  • Elanın tarixi  Noyabr 23, 2020
  • Bitmə tarixi Dekabr 23, 2020