VAKANSİYA

21 Sentyabr

"PASHA Bank" işçi axtarır – VAKANSİYA

PASHA Bank (SRE) Sayt Etibarlılığı üzrə Mühəndislik vakansiyasını elan edir.ir.

Vəzifənin məqsədi:
Sayt Etibarlılığı üzrə Mühəndislik (SEM), geniş miqyaslı, kütləvi şəkildə paylaşılan, nöqsanlara dözümlü sistemlərin qurulması və işlənilməsi üçün proqram təminatı və sistem mühəndisliyini birləşdirən mühəndislik intizamıdır. SEM mövcudluq, gecikmə, performans, səmərəlilik, dəyişikliklərin idarə edilməsi, monitorinq, fövqəladə hala cavab vermə qabiliyyəti və həcmin planlaşdırılması üzrə məsuliyyət daşıyır.

Vəzifə Öhdəliyi Əsas Fəaliyyət Göstəriciləri:
- İlkin dövrdən dizayna kimi, habelə işə salınma, əməliyyat və təkmilləşdirməyə kimi xidmətlərin hər bir dövrü ilə məşğul olmaq və onları təkmilləşdirmək
- Xidmərlərin işə salınmasından öncə sistem dizayn konsaltinqi, proqram platformaları,çərçivələrin hazırlanması, həcm planlaması və işə salmanın nəzərdən keçirilməsi vasitəsilə sistemləri dəstəkləmək
- Xidmətləri işə saldıqdan sonra mövcudluğun, gecikmələrin və ümumi sistem vəziyyətinin ölçülməsi və izlənməsi yolu ilə onları dəstəkləmək
- Sistemlərin davamlılığını avtomatik mexanizmlər vasitəsi ilə ölçmək, sistemlərin etibarlılığını və sürətini artıran dəyişikliklərə töhvə vermək
- Hadisələrə davamlı reaksiya təcrübəsini tətbiq etmək və müzakirələr aparmaq
- Problemin kökünü anlamaq üçün sistem və tətbiqetmə qeydlərini analiz etməli
- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.
Tələb edilən bilik, bacarıq və təcrübə:
• Təhsil: Kompüter elmi və ya əlaqəli texniki sahə üzrə Bakalavr təhsili.
• İş təcrübəsi: Minimum 3 il iş təcrübəsi.
• Lisenziya/ Sertifikat: N/A.
• Xarici dil: İngilis dili (yaxşı).
• Komputer bilikləri: C, C++, Java, Python or Go sadalananlardan bir və ya bir neçəsi üzrə təcrübə. Linux OS family, Cloud (IaaS, PaaS, SaaS), Kubernetes, Docker, Ansible, Terraform, CircleCi, Jenkins üzrə təcrübə arzuolunandır.
• Məhsul bilikləri: Alqoritmlər, məlumat quruluşları, mürəkkəblik təhlili və proqram dizaynı üzrə təcrübə. Dizayn, təhlil və geniş miqyaslı paylaşma sistemləri üzrə problemlərinin aradan qaldırılmasına maraq. Kodun nizamlanması,optimallaşdırılması və gündəlik tapşırıqların avtomatlaşdırılması bacarığı.
• Digər:Komandada və çoxlu tapşırıqlarla işləyə bilmək. Güclü ünsiyyət qurma bacarığı, sistematik problemləri həll etmə bacarığı.

Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini 17.10.2020-ci il tarixinədək [email protected] elektron ünvanına email-in mövzu hissəsində “SRE” yazaraq göndərmələri xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.