VAKANSİYA

11 Sentyabr

"AccessBank" işçi axtarır – VAKANSİYA

ACCESSBANK Mikro və İstehlak Kreditlərinin Restrukturizasiyası və Bərpası Şöbəsinin İlkin təqib qrupunun Rəhbəri (Soft Collection) vəzifəsinə işçi axtarır.

Öhdəliklər:

• 10 nəfər və daha artıq əməkdaş sayı olan qrupun rəhbərliyi;

• Fərdi seqmentlərlə işləmək üçün strategiya hazırlanması: təminatlı və təminatsız mikro biznes kreditləri, istehlak kreditləri, kart overdraftları, ipoteka kreditləri;

• Komanda üzvlərinə dəstək, müntəzəm olaraq qarşılıqlı əlaqə, təlimlərin keçirilməsi və tapşırıqların yerinə yetirilməsinə nəzarət;

• Qoyulan hədəflərin bankın strategiyasına uyğun olmasını yoxlamaq;

• Borclularla gecikdirilmiş ödənişlər, borc və borcların qaytarılması, restrukturizasiya edilməsi barədə danışıqların və müşavirələrin aparılması;

• İş prosesinin optimallaşdırılması: prosedurların inkişafı və təkmilləşdirilməsi, sistem və telefon danışıqlarının avtomatlaşdırılması;

• Qrupun fəaliyyətinə dair hesabatların izlənməsi və təkmilləşdirilməsi;

• Geşikmiş kreditlər üzrə yeni güzəştlərin, restrukturizasiya və digər alətlərin hazırlanması;

• İşlərin vaxtında hüquq şöbəsinə və icra orqanlarına ötürülməsi;

• Bankın və onun müştərilərinin kommersiya fəaliyyətinin məxfiliyinin təmin edilməsi, mövcud qanunvericiliyin düzgün tətbiqi və müəyyən edilmiş qaydada riayət olunması.

Tələblər:

• Ali təhsil;

• Minimum 4 illik bank sahəsində iş təcrübəsi;

• Qrup rəhbəri vəzifəsində iş təcrübəsi, oxşar qrupa rəhbərlik təcrübəsi arzuolunandı;

• Azərbaycan və rus dillərini bilmək, əlavə ingilis dilini bilmək üstünlük hesab olunur;

• Kompüter bilikləri: Microsoft Office - Qrupun nəticələrini qrafik və diaqram şəklində göstərən təqdimatlar yaratmaq bacarığı;

• Yaxşı ünsiyyət və münaqişələrin həlli bacarıqları, yeniliklərə açıqlıq;

• Borc tutma və telefoniya proqramlarında texniki biliklər.

Maraqlanan şəxslər öz CV formalarını 20 Sentyabr 2020-ci il (daxil olmaqla) tarixindən gec olmayaraq [email protected] elektron ünvanına göndərə bilərlər. Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.