VAKANSİYA

26 Avqust

Proses Mühəndisi - VAKANSİYA

Norm Sement zavodu

Norm Sement zavodu Bakının Qaradağ rayonunda fəaliyyət göstərir. İstehsal gücü gündə 5 min ton klinker, ildə isə 2 milyon ton sement təşkil edən müəssisə cənubi Qafqazın ən iri sement zavodudur.

Hazırda şirkətimizə Proses Mühəndisi tələb olunur.

Tələblər:

• Mühəndis kimyaçı və ya sənaye mühəndisliyi diplomu
• Əlaqədar sahədə 1 il iş təcrübəsi və ya könüllülük fəaliyyəti
• Sərbəst ingilis dili biliyi
• MS office proqramlarından istifadə bacarığı

Tələb olunan kompetensiyalar:

• Müştəriyönümlülük;
• Davamlı inkişaf;
• Bütövlük;
• Əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarından xəbərdar olma

Vəzifə və Öhdəliklər:

• Sement standartları, şirkətin məqsədi və idarəçilik təlimatları ilə əlaqəli istehsalat parametrlərinə əməl etmək
• Proses ölçüm cihazlarının düzgün istismarına riayət etmək
• Proses ölçüm cihazları vasitəsi ilə sahə ölçüm cihazlarının doğruluğunu müəyyən etmək
• Proses ölçüm cihazları vasitəsi ilə ölçümlər həyata keçirmək və aylıq hesabat formasında Proses üzrə Baş Mühəndisə təqdim etmək
• Proses və sənaye ölçüm cihazlarının vaxtı vaxtında kolibrləmə və doğrulama əməliyyatları üçün uyğun laboratoriyalara göndərilməsinə riayət etmək
• Qısamüddətli, orta və uzunmüddətli proses optimallaşdırılması imkanlarının, texniki-iqtisadi hesabatlarının müəyyən edilməsində Proses üzrə Baş Mühəndisə dəstək
• Təkmilləşdirmə tələblərinin və imkanlarının müəyyən edilməsi üçün istehsalat auditinin aparılmasında Prosses üzrə Baş Mühəndisə dəstək

CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

Fayl adı uyğun olmayan və müraciət edilən vəzifənin adı qeyd olunmayan CV-lərə baxılmayacaqdır.

Son Müraciət Tarixi: 08.09.20