VAKANSİYA

14 Avqust

"Sumqayıt Texnologiyalar Parkı" işçi axtarır – VAKANSİYA

Vəzifənin adı: Məhkəmə-icra işləri üzrə Menecer

Tabeçilik: Departament direktoruna

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

- Hüquqi və fiziki şəxslərlə yaranan mübahisələrin məhkəməyə qədər pretenziya qaydasında nizama salınması üçün tədbirlər görülməsi;
- Şirkətin tərəf olduğu məhkəmələrdə nümayəndə qismində iştirak edilməsi, müvafiq sənədlərin (iddia ərizələri, etibarnamələr, vəsatətlər, etirazlar, yazılı izahatlar, apelyasiya və kasasiya şikayətləri, məhkəmə çıxışları və s.) hazırlanması;
- İcraatda olan debitor borclar, məhkəmə işləri ilə bağlı hesabatlıq sisteminin təşkil edilməsi;
- Məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş işlərin uçotunun aparılması, qərarlarının icrasının təmin edilməsi üzrə işlər görülməsi, icra məmurları ilə mütəmadi olaraq əlaqə saxlanılması, icraatda olan işlərin cari vəziyyəti ilə əlaqədar məlumatların alınması;
- Borclulara qarşı ödəniş məqsədi ilə məcburi icra tədbirlərinin görülməsinin təmin edilməsi, borclular və ya kollektorlar ilə müvafiq danışıqların aparılması;
- Debitor borclar, icraatda olan məhkəmə və icra işləri ilə əlaqədar hüquqi məsləhətlər, rəylər və arayışların verilməsi;
- Şirkətin səlahiyyətli nümayəndəsi qismində dövlət orqanlarında, hüquqi və fiziki şəxslər qarşısında şirkətin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsi.

TƏHSİL/TƏCRÜBƏ:

- Ali hüquq təhsili;
- Məhkəmə sahəsi üzrə minimum 5 (beş) il iş təcrübəsi;
- Azərbaycan Respublikasının qanunvericilik və normativ-hüquqi aktlarını bilməsi;
- Hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını bilməsi;
- Azərbaycan dilini sərbəst bilməli, İngilis və Rus dillərini sənədləşmə səviyyəsində bilməsi arzuolunandır;
- Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli;
- Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
- İşgüzar və məsuliyyətli olmalı.
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;

ƏLAVƏ MƏLUMATLAR:

- Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə;
- İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00, 5 günlük iş həftəsi;
- İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir;
- Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Məhkəmə-icra işləri üzrə Menecer” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur;
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

“STP” MMC irqi, rəngi, dini, cinsi, milli mənşəli, yaşı, əlilliyi və genetikası nəzərə alınmadan bütün işçilərinə və müraciət edənlərə bərabər iş imkanlarını təqdim edir. Dövlət qanunlarının tələblərinə əsasən, “STP” MMC-yə istənilən ərazidən müraciət edən namizədlərin/işçilərin işə qəbulunda ayrı-seçkilik etmir və bunu qayda-qanunlara uyğun olaraq həyata keçirir. Bu siyasət işə qəbul, işə götürmə, yerləşdirmə, vəzifə artımı, xitam vermə, geri çağırılma, yerdəyişmə, icazə, kompensasiya və təlim daxil olmaqla bütün qayda və şərtlərinə şamil olunur.