VAKANSİYA

05 Avqust

"Azərbaycan Beynəlxalq Bankı" işçi axtarır – VAKANSİYA

“ABB” ASC  İnformasiya Texnologiyaları departamentinə Biznes analitika üzrə aparıcı mütəxəssis və baş mütəxəssis vakansiyaları elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

 Görəcəyiniz işlər:

  • Biznes proseslərin texniki analizinin verilənlər bazası modelinin tərtibatı səviyyəsinə qədər detallaşdırılması;
  • Biznes proseslər üzrə texniki sənəd (istifadəçi və texniki səviyyədə -use case) hazırlanması;
  • Biznes proses üzrə minimal test planların və test ssenarilərinin hazırlanmasında iştirak;
  • Texniki tapşırıq üzrə dəyişikliyin icra dövründə monitorinq edilməsi və dəyişikliyin tələblərə uyğunluğunun yoxlanılması;
  • Dəyişiklik edilmiş Biznes prosesin test mərhələsində Sifarişçiyə və Bank Sistemlərinə dəstək komandasına təqdim olunmasında iştirak;
  • Biznes prosesin Proqramlaşdırma (Flex, BPM, Rəhbərlik) komandası ilə razılaşdırılması və görülən işlər barədə hesabatların təqdim edilməsi;
  • Analiz zamanı report hazırlanmasının mümkünlüyünün təmin edilməsi və yarana biləcək potensial risklərin müəyyən edilməsi;
  • İT departamenti, Sifarişçi struktur və digər tərəfdaşlarla (3-cü şəxslər) texniki məsələlərin müzakirə edilməsi və uyğunluğun təmin edilməsi.

Bizim üçün ideal namizəd:

  • Bank məhsulları haqqında biliklərə sahib;
  • CRM-sistemləri, Bank modulları (Flex cube arzu olunandır), BPM prosesləri və ya analitik məlumatların emalı sistemləri ilə iş təcrübəsi olan;
  • Texniki tapşırıq (istifadəçi və texniki səfiyyədə sənəd hazırlama, ardıcıllıq alqoritmi qurma) hazırlama bacarığına malik;
  • Verilənlər bazasının (SQL) sorğulanması üzrə bilikli;
  • Xarici dil biliklərinə sahib (Texniki tapşırığı anlamaq və tərtib etmək səviyyəsində);
  • (Arzuolunandır) Web servis üzrə biliklərə sahib: Arxitektura növü (Rest/Soap), APİ Server-lərin sorğulanması bacarığı, Sorğulama formatları (JSON / XML) barədə anlayışa malik;
  • (Arzuolunandır) Agile (Scrum) metodologiyası və blok sxemlər (BPMN) üzrə biliklərə sahib.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Biznes analitika üzrə aparıcı mütəxəssis” yaxud “Biznes analitika üzrə baş mütəxəssis” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az