“Kristal Abşeron” MTK Baş Anbardar vəzifəsinə işçi axtarır.
Əmək haqqı razılaşma yolu ilə
Tələblər:
- Anbar üzrə mövcud mal və materialların təhlükəsizlik və bütövlük təminatını nəzarətdə saxlamaq;
- Mədaxil-məxaric sənədlərinin dövriyyəsini, mal- material təhvili qaydaları üzrə sənədləşmə prosesinə riayət olunması təmin etmək;
- Anbar sahələrindən səmərəli istifadə, materialların axtarılmasının asanlaşdırılması və tezləşdirilməsi nəzərə alınmaqla anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini idarə etmək.
- Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin etmək;
- Mal-material dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında həyata keçirilməsini təmin etmək;
- Mühasbatlıq tərəfindən təyin edilən dövriyyə hesabatları üçün müvafiq məlumatı mütəmadi olaraq təmin etmək;
- Anbarda mövcud bütün mal - materialların üzərində mühasibatlıq tərəfindən təyin edilmiş kodların olmasını təmin etmək;
- Anbarda sahənin vəziyyətinə, avadanlığın və inventarın vaxtlı təmirinə nəzarət etmək;
- Əmək təhlükəsizliyi və sağlamlığın mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etməklə Anbarda yükləmə-boşaltma işlərini təşkil etmək;
- Mal və materialın inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və iştirak etmək;
- Köhnəlmiş, zərər görmüş, xarab olmuş mal - materialları təyin etmək və onlar barədə müvafiq izahatı mühasibatlığa təqdim etmək;
- Anbar əməliyyatlarının uçot və hesabatlarının aparılmasına nəzarət etmək;
- Anbarın işçilərinə rəhbərlik etmək və işçilərinin işlədikləri vaxtın tabel uçotunu aparmaq;
- Barkod sistemi ilə işləmə bacarığı;
- WMS, AXATA proqramlarında işləyən şəxslərə üstünlük veriləcəkdir.
- Analoji sahədə iş təcrübəsi mütləqdir.
- Anbar işinin şirkətdaxili təlimat və qaydalara uyğun olaraq idarəedilməsini həyata keçirmək.
- Təhsil: Ali
- Iş təcrübəsi: 1-3 il
- Yaş: 24:40
- Cins : Kişi
- İş yeri : Xırdalan şəhəri.
- Dil bilikləri: Azərbaycan, Rus və İngilis
- Komputer bilikləri: MS Excel, MS outlook, 1C və Logo Unity
İş şəraiti
- İş qrafiki: 6 gün, 09:00-dan 18:00-dək
Əlaqələndirici şəxs: Samir Hacıyev
Elektron ünvan: [email protected]