VAKANSİYA

15 İyul

"Yelo Bank" işçi axtarır – VAKANSİYA

Yelo Bank “Kassa qovşaqlarının idarəedilməsi üzrə baş / aparıcı mütəxəssis” vakansiyasını elan edirik.

Vəzifəyə uyğun Sizdən tələblərimiz:

• Müvafiq sahə üzrə ali təhsil
• Bank sahəsində Kassa əməliyyatları üzrə 3 ildən 5 ilə qədər iş təcrübəsi
• Azərbaycan və rus dillərində səlis danışıq bacarığı
• MS Office proqramları (Excel, Word, Outlook) üzrə biliklər
• Ünsiyyət qurma və komanda ilə işləmək bacarığı, problemləri həll etmək bacarığı
• Bank əməkdaşları arasında əlaqələndirmə və koordinasiya işinin həyata keçirilməsi bacarığı
• Aşağıda qeyd olunmuş qaydalar üzrə biliklər:
- Kassa əməliyyatlarının Azərbaycan Respublikası Mərkəzi Bankının tələblərinə uyğun aparılması (Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili Qaydaları ; Bank sistemində pulların ekspertizasının təşkili və aparılması Qaydaları; Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında; Banklar haqqında Azərbaycan Respublikasının qanunu)
- Əməliyyat gününün sonunda bütün valyutalarda nağd vəsait qalığının hesablanması qaydaları
- Balansdankənar bütün sənədlərin və qiymətlilərin hesablanması qaydaları
- Filialların kassalarına nağd vəsaitlərin, sənədlərin, qiymətlilərin göndərilməsi və qəbulu qaydaları
- Bankomatlar üçün pul vəsaitlərinin hazırlanması və inkassatorlara bankomatların yüklənməsi üçün pulların verilməsi qaydaları
- Nağd vəsaitlərin çeşidlənməsi, qruplaşdırılması qaydaları

Biz Sizə nə təklif edirik:

• Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
• Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar
• Sınaq müddətini uğurla tamamladıqdan sonra Könüllü tibbi sığorta proqramına qoşulma
• Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun işə qəbul və iş qrafiki

Siz elektron poçtun “mövzu” yerinə “Kassa qovşaqlarının idarəedilməsi_baş / aparıcı mütəxəssis” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərlər.