VAKANSİYA

08 İyul

Valyuta rejimi şöbəsinin mütəxəssisi - VAKANSIYA

Kapital Bank namizədləri Əməliyyat Departamentinin Valyuta rejimi şöbəsinin Mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər:

• Müştəri tərəfindən xarici valyutada təqdim edilən ödəniş tapşırıqlarının qəbul edilməsi və yoxlanması
• Mütəmadi olaraq müştəri və ya filial əməkdaşları ilə ödəniş tapşırığı və sənədlərin araşdırılması
• Ödəniş tapşırıqlarının müvafiq BƏS-də icrası

Tələblər:

• Ali təhsil;
• “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” biliyinə malik olma
• Müvafiq sahə üzrə 1 ildən artıq Bank işi təcrübəsi
• MS Office (Word, Excel) proqramları üzrə biliklər
• Azərbaycan və Rus dillərini mükəmməl, ingilis dillini yaxşı səviyyədə bilmək;
• Komandada işləmək bacarığı
• Gərgin iş qrafikində işləmək bacarığı
• Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti

Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, "mövzu" bölməsində “Valyuta rejimi şöbəsinin Mütəxəssisi” qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.