VAKANSİYA

14 Fevral

"Azərbaycan Beynəlxalq Bankı" işçi axtarır – VAKANSİYA

"A"“ABB” ASC Təhlükəsizlik departamentinin Mühafizə və rejim şöbəsinə mütəxəssis vakansiyalarını elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Görəcəyiniz işlər:

  • İnzibati binalarda fiziki mühafizənin təşkili;
  • Mövcud video müşahidə sistemləri vasitəsi ilə nəzarətin təşkili;
  • Bankdaxili təhlükəsizlik qaydalarına əməl edilməsinə nəzarət

Bizim üçün ideal namizəd:

  •  Mühafizə sahəsində minimum 1-3 il iş təcrübəsi;
  • Probləmləri həlletmə bacarığı olan;
  • Azərbaycan dilini yüksək, rus və ingilis dillərini orta səviyyədə bilən.

Əgər bizim axtardığımız ideal namizəd Sizsinizsə CV-nizi  01 mart 2020-ci il  tarixinədək [email protected]  elektron ünvanına göndərə bilərsiniz.

Məktubun mövzu hissəsində müraciət edilən müvafiq vəzifə adının göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

Beynəlxalq Bankı" işçi axtarır – VAKANSİYAzərbaycan Beynəlxalq Bankı" işçi axtarır – VAKANSİYA