VAKANSİYA

07 Fevral

"Xalq Bank" işçi axtarır – VAKANSİYA

Xalq Bank Əməliyyatlara Nəzarət İdarəsinin Əməliyyatların icrasına nəzarət şöbəsinin mütəxəssisi vəzifəsinə işçi axtarır.

İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə
Şəhər: Bakı

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• İqtisadiyyat, maliyyə və hüquq üzrə ali magistr təhsili;
• Hərbi xidməti bitirən və ya möhlət hüququ olan (oğlanlar üçün);
• Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
• Hesabatlarının hazırlanması üzrə təcrübə və ya biliklər;
• Dil bilikləri: İngilis və Rus dili orta səviyyədə.

 

İŞİN TƏSVİRİ:

• İdarə/filial/şöbələrin əməliyyatlarının icrasına nəzarət edilməsi;
• Seçmə üsulu ilə İdarə/filial/şöbələrin tərəfindən həyata keçirilən əməliyyatları gündəlik hesabatlar hazırlayaraq periodik yoxlanılması;
• Depozit faizlərin yoxlanılması;
• Şöbənin işi ilə əlaqədar daxili qeydiyyat cədvəllərini doldurur və müvafiq dəyişikliklər edir;
• Seçmə üsulu ilə İdarə/filial/şöbələrin tərəfindən həyata keçirilən əməliyyatları gündəlik hesabatlar hazırlayaraq periodik yoxlanılması;
• Rəhbərlik tərəfindən tələb olunan İdarə/filial/şöbələrin fəaliyyəti ilə bağlı və digər məlumatların təqdim edilməsi;
• İxrac təşviqinin ödənilməsi ilə əlaqədar köçürmələri təsdiq edən bank sənədlərinin təsdiq və təqdim edilməsi.

QEYD: Tələblərə uyğun olmayan və mail-da "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV"-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.

Əlaqə vasitələri:

E - mail: [email protected]
Sayt:Xalq Bank vakansiya
Telefon: (012) 404 43 39
Faks: (012) 404 43 34