VAKANSİYA

06 Fevral

\"PAŞA Holdinq\" işçi axtarır – VAKANSİYA

PAŞA Holdinq Strateji Aktivlərində (bank və sığorta şirkətlərində) Aparıcı Auditor vakansiyasına təcrübəli namizədləri işə dəvət edir.

İşin təsviri:

• Təsdiq olunmuş İllik Audit Planına və Audit Komitəsinin tapşırığına əsasən audit, sonrakı audit və xüsusi audit layihələrinin həyata keçiririlməsində iştirak etmək;
• Nəzarət çatışmazlıqları aşkar etmək üçün yüksək çətinlikdə audit prosedurları həyata keçirmək;
• Audit layihəsi üzrə hesabatın hazırlanmasında layihə rəhbərinə dəstək göstərmək;
• Audit layihəsi üçün İş Proqramının hazırlanmasında iştirak etmək;
• Audit Layihəsi çərçivəsində müəyyən olunmuş audit prosedurları həyata keçirmək (biznes proseslərin sahibləri ilə müsahibələr keçirmək, audit obyektindən məlumatı toplamaq, əldə olunan məlumatı təhlil etmək və s.) və aşkar olunmuş çatışmazlıqlar haqqında layihə rəhbərinə vaxtaşırı məlumat vermək;
• Sahə işi zamanı aparılmış təhlillər və müsahibələr barədə yazılı iş sənədi hazırlamaq;
• Audit layihələri üzrə hesabatların hazırlanmasında iştirak etmək;
• Aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün Şirkətin rəhbərliyi tərəfindən hazırlanmış tədbirlər planın icrasının monitorinqini keçirmək;
• Daxili Audit Departamentinin direktoru tapşırığı ilə Daxili Audit Departamentinin fəaliyyəti ilə bağlı icmal hesabatların hazırlanmasında iştirak etmək;
• Audit üzrə iş və vaxt bölgüsü hesabatının (Retain management) hazırlanmasında iştirak etmək;
• Layihə rəhbərii və ya Daxili Audit Departamentinin direktoru tərəfindən həvalə olunan digər tapşırıqları səlahiyyət çərçivəsində yerinə yetirmək.

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

• Ali iqtisadi və ya hüquqi təhsil (ali təhsil digər ixtisaslar üzrə olduqda əlaqədar sahələrdə minimum dörd illik təcrübə);
• Müvafiq iş təcrübəsi: 4 ildən artıq ümumi, 2 ildən artıq audit funksiyasında;
• CIA / CFSA / ACCA / CPA / CIMA / CISA / CFA (L1) müvafiq peşəkar kvalifikasiyalı namizədlərə üstünlük veriləcək;
• Audit prosedurları həyata keçirmək üçün müvafiq sektor və biznes proseslər üzrə biliklərin olması;
• Bankçılıq və ya Sığorta sahələrini nizamlayan qanunverici orqanın tərtib etdiyi normativ və hüquqi sənədlər üzrə biliklərin olması üstünlük təşkil edir;
• Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları;
• Kompüter savadlığı və müvafiq proqram təminatı (MS Windows məhsulları üzrə) ilə işləmək baçarığı;
• Ezamiyyələrdə iştirak etmək imkanı;
• Azərbaycan və ingilis dillərini işgüzar səviyyədə mükəmməl bilməli.

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:

• CV-lər [email protected] ünvanına göndərilməlidir;
• Mövzu sətrində “Aparıcı Auditor” qeyd olunmalıdır;
• CV-lər 06 mart, 2020-ci il tarixinə qədər göndərilməlidir.

Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət ediləcəklər.