VAKANSİYA

06 Fevral

"AzerGold" işçi axtarır – VAKANSİYA

“AzerGold” QSC Strategiya və biznesin inkişafı üzrə baş mütəxəssis vəzifəsinə işçi axtarır.
Əsas vəzifə və öhdəliklər:

• Cəmiyyətin strateji, taktiki və investisiya planlarının hazırlanması və ya təhlil edilməsi;
• Cəmiyyətin maliyyə vəziyyətinin qiymətləndirilməsi;
• Maliyyə mənbələrinin axtarılması, qiymətləndirilməsi və təkliflərin hazırlanması;
• Maliyyə modellərinin hazırlanması və təhlili;
• Cəmiyyətin maliyyə pozisiyasının təhlili və optimallaşdırma təkliflərinin hazırlanması;
• Mədən sənayesi sektorunun təhlil edilməsi, bazar riski və imkanlarının qiymətləndirilməsi;
• Cəmiyyətdə həyata keçirilən iri layihələrin icrası ilə bağlı monitorinqin aparılması.
• Cəmiyyətin fəaliyyətinin iqtisadi səmərəliliyini təhlil etmək və səmərəliliyin artırılması üçün müvafiq təkliflər vermək.
• Yerli və beynəlxalq əlaqələrinin qurulmasında və inkişafında iştirak etmək.

Tələb olunan bilik, bacarıq və səriştələr:
• Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, təlim keçmə bacarığı, şəxsi və peşəkar inkişaf, analitik düşüncə və riyazi biliklər, hesabat yazma səriştəsi;
• Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri (səlis), Microsoft Office və digər proqramlar
• Müxtəlif peşə (ACCA, CPA, CFA və s.) kvalifikasiyalarına malik olmaq arzu olunandır;
• Fərqli maliyyə alətlərinin işləmə mexanizmləri barədə ümumi bilik.

Tələb olunan təhsil və iş təcrübəsi:

• İqtisadiyyat, maliyyə, uçot və audit yönümlü ixtisaslar üzrə ali təhsil;
• Minimum 3 il müvafiq sahədə iş təcrübəsi.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq "Strategiya və biznesin inkişafı üzrə baş mütəxəssis" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.