VAKANSİYA

05 Fevral

\"PASHA Life\" işçi axtarır – VAKANSİYA

PASHA Life Biznes proseslərinin idarəedilməsi şöbəsinə Mütəxəssis axtarır.
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi): 09:00-18:00
Son müraciət tarixi: 16 fevral 2020-ci il

Əsas vəzifə öhdəlikləri:

1. Biznes proseslərini tənzimləyən daxili normativ sənədlərin hazırlanmasında və yenilənməsində iştirak;
2. Müştərilərlə imzalanan standart tipli müqavilələrin, müqavilələr ilə əlaqəli sənədlərin (ərizə formaları, yaddaş vərəqələri, əlavə formaları və s.) hazırlanmasına və dəyişikliklərin edilməsi;
3. Yeni biznes proseslərin tətbiqi üçün müvafiq tələblərin müəyyənləşdirilməsində iştirak etmək;
4. Biznes proseslərin avtomatlaşdırılması üçün texniki tapşırıqlar hazırlamaq;
5. Proseslərin effektivliyinin ölçülməsi üzrə zəruri tədbirlər görmək, biznes proseslərin monitorinqini keçirmək.

Namizədə olan tələblər:

İş təcrübəsi: Sahə üzrə 1 il iş təcrübəsi tələb olunur
Təhsili/ixtisası: Maliyyə, İqtisadiyyat və ya İT ixtisasları üzrə bakalavr dərəcəsi
Dil bilikləri: Azərbaycan dili - əla, İngilis dili - orta
Kompüter bilikləri: MS Office
Üstünlüklər: Rus dilinin bilməsi, İT sahəsi üzrə sertifikasiya və ya dərəcələrin olması, biznes proseslərinin idarəedilməsi üzrə iş təcrübəsi, ERP proqramlarından istifadə sahəsində təcrübə
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, komanda işi və əməkdaşlıq, biznes tərəfdaşlığı, inam yaratma, geniş perspektiv, dinamikanı anlamaq

İmtiyazlar:

Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri: www.pasha-life.az (+994 12) 942

Vakansiya üçün müraciət qaydası: Namizədlər //pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək Biznes proseslərinin idarəedilməsi şöbəsinin mütəxəssisi vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.