VAKANSİYA

16 Yanvar

Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası işçi axtarır – VAKANSİYA

Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası  Mətbuat katibi vəzifəsinə işçi axtarır.

İş yeri: Kürdəmir rayonu.

İşəgötürən təşkilat: “Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyi.

Layihə:

“Narçılıq dəyər zəncirində üstün keyfiyyətin əldə edilməsi və dəyişikliklərə dəstək” (STEP). STEP layihəsi çərçivəsində narçılığın geniş yayıldığı Aran iqtisadi rayonunun Göyçay, Kürdəmir, Ucar, Sabirabad, Hacıqabul, İmişli və Saatlı rayonlarında təqribən 2000 mikro və kiçik narçı fermerlərin maddi rifahına təsir göstərəcək məsləhət xidmətləri icra ediləcək.

Ümumi məlumat

Mətbuat katibinin əsas fəaliyyət dairəsinə ictimaiyyətlə əlaqələr, press-relizlərin hazırlanması və yayılması, mətbuat konfranslarının təşkili, KİV nümayəndələri üçün Layihənin fəaliyyət göstərdiyi bölgələrə səfərlərin təşkili, aqroturizm komponenti üçün məlumat kampaniyalarının koordinasiyası, nar emalı məhsullarının tanıtımı üçün çap və audiovizual məhsulların hazırlanmasında iştirak, nar emal məhsullarının bazara çıxışının təmin edilməsi və sosial media profillərinin idarə edilməsi daxildir.

Vəzifələr

• Layihə üçün kommunikasiya strategiyasını hazırlamaq və həyata keçirmək;
• Mətbuat konfransları təşkil etmək;
• Gündəlik press-relizlər hazırlamaq və yayılmasını təmin etmək;
• Bölgələrə KİV nümayəndələri üçün mətbuat səfərlərini təşkil etmək;
• PR kampaniyalarını həyata keçirmək;
• Bukletlərin, broşuraların və digər çap materiallarının hazırlanmasında iştirak etmək;
• Aqroturizm komponenti üçün audiovizual məhsulların hazırlanmasında iştirak itmək və bu işi koordinasiya etmək;
• Aqroturizm komponenti üçün məlumat kampaniyaları hazırlamaq və həyata keçirmək;
• Layihə haqqında məlumatın geniş yayılması məqsədilə layihənin digər əməkdaşları ilə sıx işləyərək gündəlik məlumatları onlardan alıb təhlil etmək.

Tələblər

• Jurnalistika, iqtisadiyyat, beynəlxalq münasibətlər, ictimaiyyətlə əlaqələr, dilşünaslıq və ya digər müvafiq sahə üzrə universitet diplomu;
• İctimaiyyətlə əlaqələr / jurnalistika sahəsində ən azı 5 il iş təcrübəsi;
• İngilis dili (B2 səviyyəsində);
• Güclü ünsiyyət, təşkilatçılıq və idarəçilik bacarığı;
• MS Office (Word, Excel, Power Point) istifadə etmək bacarığı;
• Kəndlərə və digər rayonlara səfər etmək imkanı.

Maraqlanan namizədlərdən öz CV-lərini [email protected] poçt ünvanına, mövzu bölməsində “Mətbuat katibi” yazmaqla göndərmələri xahiş olunur.