VAKANSİYA

10 Yanvar

"Xalq Bank" işçi axtarır - VAKANSİYA

 "Xalq Bank" Hesablaşmalar İdarəsinin Hesablaşmalar şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

  • İqtisadiyyat, maliyyə və bank işi sahəsində ali magistr təhsili;
  • Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dillərini bilənlərə üstünlük veriləcək);
  • Mərkəzi Bankın müvafiq normativ sənədlər və qanunları üzrə nəzəri biliklərə malik olmaq;
  • Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq;
  • Riyazi hesablama aparmaq qabiliyyəti;
  • Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
  • Yüksək qavrama və öyrənmə qabiliyyəti;
  • İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
  • Kompüter bilikləri (Excel proqramı üzrə mükəmməl biliklərə malik olan namizədlərə üstünlük veriləcək)

İŞİN TƏSVİRİ:

  • XÖHKS, AZİPS, SWIFT sistemlərində işləmə;
  •  Sürətli pul köçürmə sistemləri üzrə klirinq əməliyyatları;
  • Vəsaitlərin müştəri hesablarına mədaxili;
  •  Müxbir hesab qalıqlarının yoxlanılması;
  •  MT103, MT202,  MT300,  MT320,  MT199  formatlı SWIFT məlumatlarının hazırlanması;
  •  Xarici valyutada daxil olan ödənişlərin sistemə girişi;
  •  Bankın müxbir hesabları və ödəniş sistemləri üzrə hesablaşmaların aparılması.

Qeyd:   Tələblərə uyğun olmayan və mail-də "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV"lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, Xalq Bankın CV formasını doldurmaqla göndərilməlidir.

Əlaqə vasitələri:

E - mail: [email protected]
Telefon: (012) 404 43 39

Faks: (012) 404 43 39