VAKANSİYA

27 Dekabr

"METAK" işçi axtarır – VAKANSİYA

Metak mühasib vəzifəsinə işçi axtarır.

İş barədə məlumat:

• Təhtəl şəxslərin hesabat qeydiyyatının aparılması və onların ikili yazılışına nəzarət
• Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi
• Digər kreditor və debitorlar ilə hesablaşmaların qeydiyyatının aparılması
• Mal-material uçotu
• Elektron vergi hesab-faktura, qaimə-faktrura, hesab-fakturaların işlənməsi
• Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiyasının hesablanması
• İşçilərin əmək haqqlarının və digər ödənişlərinin hesablanması
• İstehsal olunan məhsulun maya dəyərinin hesablanması, xammal və materialların silinməsi
• Kreditor və debitorlar ilə üzləşmələrin aparılması

Əlavə şərtlər:

• Əmək haqqı danışıq əsasında müəyyən olunur;
• 5 günlük iş həftəsi;
• Nahar şirkət tərəfindən verilir;
• Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir;

Namizədə tələblər:

• Mühasibat uçotunun metodikası və texnikası
• Mühasibat hesablaşmaları
• Əmək və vergi qanunvericiliyinin əsasları
• Müvafiq vəzifədə 3 il iş təcrübəsi
• Dil bilikləri: Azərbaycan, Rus
• Məsuliyyətli, stresədavamlı

Maraqlananlar CV-lərini //www.metak.az/resume/resume.php?vid=105 və ya [email protected] ünvanına göndərərək, 20.01.2020–cu il tarixinə kimi müraciət edə bilərlər.

Yalnız göstərilən meyarlara uyğun olan namizədlər müsahibəyə çağırılacaqlar.