VAKANSİYA

26 Dekabr

"Yelo Bank" işçi axtarır – VAKANSİYA

İyirmi beş ildir həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” hal-hazırda da gənc və təcrübəli mütəxəsisslərə iş imkanları təqdim edir.

Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, beləcə müştərilərimizi (həmçinin əməkdaşlarımızı) daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz hərəkətlərimizdə sadə, ünsiyyətimizdə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.

Karyerasını “Parlaq bankçılıq”da qurmaq istəyən namizədlərimiz elektron poçtun “mövzu” yerinə Biznes-proseslərin idarə olunması üzrə mütəxəssis qeyd etməklə öz tərcümeyi-hallarını (cv-lərini) [email protected] ünvanına göndərə bilərlər.

Biznes-proseslərin idarə olunması üzrə mütəxəssis

Vəzifə öhdəlikləri:

• Mövcud biznes proseslərin təhlili, qiymətləndirilməsi və təkmilləşdirmə üzrə təkliflərin hazırlanması
• Yeni proseslərin / məhsulların yaradılmasında metodoloji dəstək, yeni məhsul və xidmətlər üzrə proseslərin hazırlanması
• Bankın bütün fəaliyyət istiqamətlərində biznes-proseslərini sənədləşdirilməsi, normativ sənədlərin hazırlanması
• Struktur bölmələrdən daxil olan proseslərin dəyişdirilməsi ilə bağlı sorğuların qəbulu və icrası
• Proseslərin avtomatlaşdırılması ilə bağlı sorğuların yaradılması və icrasının koordinasiyası
• Normativ sənədlər bazasının idarə edilməsi
Tələblər:

• Ali təhsil
• Bank və / və ya proseslərin idarə olunması sahəsində minimum 2 il təcrübə
• İstifadəçilər üçün anlaşıqlı dildə yazma bacarığı
• Azərbaycan dilində səlis yazı və danışıq bacarığı, əlavə olaraq ingilis və ya rus dili bacarığı mütləqdir
• Analitik təhlil, kritik düşünmə bacarıqları
• Layihələrin idarə olunması üzrə bilik və təcrübəyə üstünlük verilir