VAKANSİYA

20 Dekabr

"AFB Bank" işçi axtarır – VAKANSİYA

 AFB Bank İdarə Heyəti Sədrinin müşaviri vəzifəsinə işçi axtarır.
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Ali iqtisad təhsil və bank sistemində ən az 7 illik (5 il rəhbər vəzifədə) iş təcrübəsinin olması;
• Tədqiqat aparmaq üzrə formalaşmış bacarıq;
• Rəhbərlikdə və kollektivdə işləmək səriştəsi;
• Analitik təhliletmə qabiliyyəti;
• Dəqiq planlaşdırma, ciddi nəzarət etmək qabiliyyəti;
• İnsanlarla tez ünsiyyət qura bilmək bacarığı;
• Strateji düşünmə və hərəkətetmə qabiliyyəti;
• Yaradıcılıq, təşəbbüskarlıq və məsuliyyətlilik;
İŞİN TƏSVİRİ:
• Bankda mövcud satış vəziyyətinin ümumiləşdirilməsi, bu istiqamətdə struktur bölmələrin fəaliyyətini təhlil etmək və mütəmadi olaraq İdarə Heyətinin sədrinə məlumat vermək;
• Tələb olunduğu halda Satışın stimullaşdırılması ilə bağlı məsələlər üzrə arayış hazırlamaq və İdarə Heyətinin sədrinə təqdim etmək;
• Bankın satış hədəflərinin reallaşmasında iştirak etmək və bu sahədə fəaliyyətin həyata keçirilməsinə dəstək vermək;
• Bank Rəhbərliyi tərəfindən müəyyən edilmiş mənfəət hədəfi və satış büdcəsinin reallaşması istiqamətində təkliflər vermək və icrasına nəzarət etmək;
• Bankın satış strukturlarının mövqelərinə görə hədəflərin müəyyən edilməsi və fəaliyyətin dəyərləndirilməsi istiqamətində tövsiyə vermək;
• Satış büdcəsinin reallaşmasına nəzarət etmək və hədəflərə çatmaq üçün mane olan faktorların səbəblərini müəyyən etmək;
• Potensial müştəri bazarının vəziyyətini izləməklə ortaya çıxa bilən mənfəət imkanlarını və risklərini rəhbərliklə paylaşmaq;
• Bank strategiyaları və Satış strukturlarının qaydalarınının təkmilləşdirilməsi istiqamətində təklif və tövsiyələr vermək;
• Filial hədəflərinin gerçəkləşdirilməsi baxımından filial əməkdaşları ilə davamlı görüşlər təşkil etmək;
• Kreditlərin verilməsi ilə bağlı komitələrin iclaslarında iştirak etmək;
• Bankın daxili vəsaitlərindən və digər maliyyə qurumları və investisiya fondlarından ayrılmış vəsaitlərin vaxtında istifadə edilməsinə nəzarət və koordinasiya etmək, bununla bağlı İH sədrinə mütəmadi hesabatlar təqdim etmək;
• Verilmiş kreditlərdə yaranan problemlərin həlli üçün təklif və tövsiyələr vermək;
• Satış işlərini dəstəkləmək, Filiallarla sıx əlaqədə olmaq və xidmətin keyfiyyətinə nəzarət etmək;
• İdarə Heyətinin Sədri tərəfindən verilən başqa funksiyaları, tapşırıq və sərəncamları icra etmək.

Baku, Azerbaijan