VAKANSİYA

20 Dekabr

“Xalq Həyat” işçi axtarır – VAKANSİYA

“Xalq Həyat” Sığorta Şirkəti ASC Banklarla iş şöbəsinə kiçik mütəxəssis/mütəxəssis vəzifəsinə işçi axtarır.

İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)

Ünvan: Bakı şəhəri, İnşaatçılar pr.,22 L.

Öhdəliklər

• Şirkətə yeni bank müştərilərinin cəlb olunmasını təmin etmək;
• Banklarla görüşlər keçirmək;
• İT platformanın banklarda təqdimatını etmək;
• Müqavilələri müştərilərə çatdırmaq;
• Mövcud bank müştəriləri ilə əlaqələri genişləndirmək;
• Cari portfel üzrə həftəlik və aylıq hesabatları hazırlamaq;
• Müştərilərin problemlərini operativ şəkildə aradan qaldırmaq;
• Şirkətə aid müqavilə nüsxələrini banklardan yığmaq;
• Bank vasitəsilə sığorta bazarının təhlilini aparmaq;
• İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək .

Tələblər

• Ali təhsil;
• Ms Office proqramında orta istifadəçi səviyyəsində işləmək bacarığı;
• Sığorta sahəsində 2 il iş təcrübəsi (satış üzrə);
• Azərbaycan və rus dillərində sərbəst danışıq qabiliyyəti ( ingilis dili arzu olunandır).

CV-lərinizi, mövzu hissəsində “Banklarla iş şöbəsinə kiçik mütəxəssis/mütəxəssis” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.