TURİZM

13 Noyabr

Bu ilin 10 ayında Azərbaycana Belarusiyadan gələn turistlərin sayı 3% artıb

7-13 noyabr tarixlərində Dövlət Turizm Agentliyinin tabeliyindəki Azərbaycan Turizm Bürosu tərəfindən Belarusiyadan olan 10 aparıcı turizm şirkətinin nümayəndələri üçün tanışlıq səfəri təşkil edilib.

Finss.az xəbər verir ki, iştirakçılar Azərbaycanın qış turizm imkanları ilə, o cümlədən “Şahdağ” Turizm Mərkəzi və “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksində təqdim olunan xidmətlərlə tanış olublar, Qusar və Qəbələ ilə yanaşı, İsmayıllı və Quba bölgələrinə səfər ediblər.

Tanışlıq səfəri çərçivəsində, həmçinin yeni tərəfdaşlıqlar qurmaq və Azərbaycanı cəlbedici turizm destinasiyası kimi tanıtmaq məqsədilə 40-dan çox yerli turizm sənayesi nümayəndəsi ilə Belarusiyanın turizm şirkətləri arasında B2B görüşlər keçirilib.

Qeyd edək ki, 2025-ci ilin 10 ayı ərzində Belarusiyadan Azərbaycana ötən ilin eyni dövrü ilə müqayisədə 3% artımla 23 229 ziyarətçi gəlib.

Fuad Mədətov
Finss.az