TURİZM

31 İyul

Qaxa 3 günlük istirahət turu - TƏHLİL

Yay mövsümündə Azərbaycanın dağlıq bölgələrinə istirahət səfərlərinə maraq artıb.

Finss.az xəbər verir ki, bu bölgələr arasında Qax rayonu da turistlərin diqqət mərkəzindədir. Həm təbii gözəllikləri, həm də sakit atmosferi ilə seçilən Qaxda 3 günlük fərdi istirahət üçün müxtəlif təkliflər mövcuddur.

Aparılan qiymət araşdırmasına görə, fərdi səfər zamanı ümumi xərclər seçilən komfort səviyyəsindən asılı olaraq 140 manatdan başlayaraq 400 manata qədər yüksəlir. Belə ki:

  • Nəqliyyat (şəxsi avtomobil və ya ictimai nəqliyyatla): Bakıdan Qaxa gediş-gəlişin ümumi xərci 35-60 manat arasında dəyişir.
  • Gecələmə: Qaxda gündəlik ev kirayəsi 20-50 manat civarındadır. Otel və qonaq evlərində gecələmə 3 gün üçün ümumilikdə 60-150 manat arası təşkil edir.
  • Qidalanma: Günlük qida xərcləri təxminən 20-30 manat olmaqla, 3 gün üçün ümumilikdə 60-90 manat arası dəyişir.
  • Ekskursiyalar və əlavə xidmətlər: İlisu, Qax İngiloy kəndləri, Ulu Körpü, Qaxbaz, Mamırlı şəlaləsi kimi yerlərə səfər, bələdçi xidməti və giriş haqları daxil olmaqla əlavə 20-50 manat xərc tələb edə bilər.

Beləliklə, orta səviyyəli 3 günlük fərdi istirahət üçün ümumi büdcə 180-250 manat civarında dəyişir. Daha komfortlu seçimlərdə bu məbləğ 350-400 manata qədər arta bilər.

Turizm operatorları həmçinin qrup şəklində təşkil olunan turlar da təklif edirlər. Bu turlar adətən 3 günlük paket şəklində təqdim olunur və qiymətə nəqliyyat, gecələmə, səhər yeməyi və bələdçi xidməti daxildir. Belə turların qiyməti 160-220 manat arasında dəyişir.

Yay aylarında bölgədə istirahətə tələbat artdığı üçün erkən rezervasiya məsləhət görülür.