TURİZM

07 İyul

Xankəndi, Şuşa və Laçına 2 günlük tur 177 manatla təklif olunur

“Səyahətinizi işinizin ustası ilə edin ki, hər anınız dəyərli olsun” şüarı ilə çıxış edən Usta Turizm şirkəti Qarabağ bölgəsinə iki günlük əyləncəli qrup turu təşkil edir.

Finss.az xəbər verir ki, tur çərçivəsində iştirakçılar Xankəndi, Şuşa və Laçın şəhərlərinə səyahət edəcək, həmçinin Ağdam, Zəngilan və Cəbrayıldakı bir sıra tarixi və təbiət məkanlarını ziyarət edəcəklər.

Turun iyulun 19-20-si, avqustun 2-3, 16-17, 30-31-i və sentyabrın 13-14-də baş tutacağı bildirilir. İki gün və bir gecə davam edən turun qiyməti 177 manat təşkil edir. Qiymətə Xan Hotel 4* oteldə gecələmə, iki dəfə səhər və bir dəfə nahar yeməyi, peşəkar tur rəhbərinin müşayiəti, nəqliyyat xidməti, portal qeydiyyatı və foto çəkiliş daxil edilib.

Səyahət zamanı Laçın seyrəngahı, Bayraq meydanı, Mədəniyyət evi, Həkəri çayı, Zabux kəndi, Ceyran Qızlar bulağı; Şuşada isə Molla Pənah Vaqifin məqbərəsi, Gövhər Ağa məscidi, Üzeyir Hacıbəylinin tut bağı, Natəvan bulağı, Şuşa qalası və Cıdır düzü kimi tanınmış məkanlara baş çəkiləcək. Xankəndidə şəhər turu ilə yanaşı, Ağdam Cümə Məscidi, Əsgəran qalası, Xudafərin su anbarı və Ağalı kəndinə də ekskursiyalar nəzərdə tutulub.

Toplanış saat 04:30-da Gənclik metrosu yaxınlığında Caspian Shopping mərkəzinin qarşısında həyata keçiriləcək, yola düşmə isə saat 05:00-da planlaşdırılır. Turun son günündə Bakı şəhərinə qayıdış saat 23:00-00:00 aralığında olacaq.

Qeyd olunur ki, 0-2 yaş arası uşaqlar üçün tur ödənişsizdir (portal qeydiyyatı üçün əlavə 10 manat tələb olunur), xarici vətəndaşlar isə əlavə 15 manat ödəməklə tura qoşula bilərlər. Turdan dörd gün əvvəl ödənişin tam şəkildə həyata keçirilməsi tələb olunur. Spirtli içkilərin qəbulu və tur rəhbərinin təlimatlarına zidd hərəkətlər qəti qadağandır.

Əlavə məlumat və qeydiyyat üçün əlaqə: (055) 3005320 / (055) 3005380.

Fuad Mədətov
Finss.az