TURİZM

04 İyun

799 dollarlıq yay səyahəti: Kapadokya və İstanbul turları

“Əsr Travel” turizm şirkəti iyun, iyul və avqust aylarında Türkiyənin iki məşhur bölgəsinə – İstanbul və Kapadokyaya xüsusi qrup turu təşkil edir. 17–24 iyun, 17–24 iyul və 17–24 avqust tarixlərində keçiriləcək 6 günlük turun qiyməti 799 ABŞ dolları təşkil edir.

Finss.az xəbər verir ki, qiymətə Bakı–İstanbul–Bakı aviabileti (əl yükü ilə), İstanbul–Kapadokya rahat nəqliyyat xidməti, viza dəstəyi, bələdçi xidmətləri, 2 gecə İstanbulda 4 ulduzlu oteldə, 3 gecə Kapadokyada Ürgüp bölgəsində yerləşmə, səhər və axşam yeməkləri daxildir.

Tur çərçivəsində iştirakçılar Kapadokyanın sehrli mənzərələri və tarixi yerləri ilə tanış olacaq, əlavə ödənişlə balon uçuşu, ATV turları, Jeep Safari, at və dəvə gəzintisi, Türk gecəsi və yamac paraşütü kimi əyləncəli fəaliyyətlərdə iştirak edə biləcəklər.

Azərbaycanlı və türk tur rəhbərlərinin müşayiəti ilə baş tutacaq bu tur həm istirahət, həm də unudulmaz macəra vəd edir.

Rezervasiya və ətraflı məlumat üçün əlaqə: (055) 2931783.

Fuad Mədətov
Finss.az