TURİZM

04 İyun

Hər həftə sonu Lənkəran-Lerik istiqamətində sərfəli qiymətə tur təşkil olunur

“Gedək Gəzək” turizm şirkəti tərəfindən hər həftə sonu təşkil edilən Lənkəran–Lerik turu sərfəli qiymət və zəngin ekskursiya proqramı ilə diqqət çəkir. Ekanom paket üçün 25, standart paket üçün isə 29 manat müəyyən edilən turun qiymətinə nəqliyyat xidməti, ekskursiyalar, tur rəhbəri, yolboyu əyləncəli oyunlar və axşam çay süfrəsi daxildir. Standart paketdə səhər yeməyi də təqdim olunur.

Tur zamanı iştirakçılar Sivəkəran şəlaləsi, Meşəbəyi istirahət mərkəzi, Xanbulan gölü (giriş 2 AZN), Təbəssüm və Pəmbəhi istirahət mərkəzləri ilə tanış olacaq, nahar fasiləsi isə Osaküçə kəndində veriləcək.

Tura 0-5 yaş arası uşaqlar ödənişsiz (əgər oturacaq ayrılmazsa), 5 yaşdan yuxarı isə tam ödənişlə qoşula bilərlər. Qrupla gələnlər üçün isə xüsusi güzəşt var: 10 nəfərdən yuxarı olan qruplarda 1 nəfər ödənişsiz iştirak edir.

Toplanış səhər saat 06:30-da, çıxış 07:00-da, Bakıya dönüş isə 23:00 radələrində nəzərdə tutulur. Tur zamanı spirtli içkilərin qəbulu qadağandır. Muzey və qoruqlara giriş biletləri qiymətə daxil deyil. Əlavə olaraq, turda aktiv iştirak edən şəxsə növbəti səfər üçün 50% endirim hədiyyə edilir.

GEDƏK GƏZƏK
(077) 1156072

Fuad Mədətov
Finss.az