İzmirdən başlayaraq Alaçatı və Çeşməyə uzanan yeni yay qrup turu üçün erkən rezervasiya imkanı açılıb.
Finss.az xəbər verir ki, qiyməti 749 ABŞ dollarından başlayan beşgünlük tur paketinə aviabilet, VIP transfer, dörd gecə oteldə qalma və səhər yeməkləri daxildir. Tur zamanı İzmir sahilində gəzinti, Karşıyakaya gəmi ilə keçid, Çeşmə və Alaçatı küçələrində ekskursiyalar, Kleopatra körfəzinə səfər və Şirince kəndi kimi marşrutlar nəzərdə tutulub.
Tur iştirakçılarına tur rəhbəri müşayiət edəcək, istək əsasında Efes Antik şəhərinə və əlavə ödənişlə (50 dollar) Pamukkaleye də səfərlər təşkil ediləcək. Gedişlər iyun, iyul və avqust ayları üçün planlaşdırılıb. Qiymətə yalnız əl yükü daxildir, baqaj haqqı və muzey biletləri qiymətə daxil deyil. Tura qatılmaq istəyənlərdən ilkin olaraq məbləğin 50 faizi tələb olunur. Tək qalmaq istəyən turistlərə 190 dollar əlavə ödəniş tətbiq edilir.
Uşaqlar üçün yaşa görə endirim imkanları təklif olunur. Təşkilatçılar hava şəraitinə və uçuş cədvəllərinə görə proqramda dəyişikliklərin ola biləcəyini vurğulayır.
Ətraflı məlumat və qeydiyyat üçün əlaqə:
(055) 291 54 30
(050) 999 69 60
(050) 242 02 59
Tel Travel
Fuad Mədətov
Finss.az