TT Travel iyun ayı boyunca hər şənbə və bazar günü Qubaya “Mountain Breeze” adlı 1 günlük möhtəşəm şimal turu təşkil edir.
Finss.az xəbər verir ki, turun qiyməti ekonom paket üçün 25 AZN, standart paket üçün isə 29 AZN-dir. Standart paketə səhər yeməyi və axşam çay süfrəsi də daxildir.
Qiymətə nəqliyyat xidməti, ekskursiyalar, təcrübəli tur rəhbəri və yolboyu əyləncəli oyunlar daxildir. Ən fəal iştirakçıya isə növbəti tura 25% endirim təqdim olunur.
Tur zamanı turistlər Qəçreş meşəsi, Qimilqazma yaylası, Mountain Breeze istirahət zonası və Macara Lake Park (Çənlibel gölü — giriş 2 AZN) kimi füsunkar yerləri ziyarət edəcəklər.
Toplanış saat 06:30–07:00-da “Gənclik” metrosunun yaxınlığındakı Caspian Shopping mərkəzinin qarşısında baş tutacaq. Çıxış saat 07:00–07:15-də, Bakıya qayıdış isə 22:00–22:30 arası planlaşdırılır.
Qeyd edək ki, nahar yeməyi və muzey giriş biletləri qiymətə daxil deyil. 0–5 yaş uşaqlar üçün ödənişsiz iştirak mümkündür (əgər avtobusda ayrıca yer tələb olunmazsa). Spirtli içkilər tur zamanı qəti qadağandır.
Ətraflı məlumat və qeydiyyat üçün:
(050) 983 26 85
Fuad Mədətov
Finss.az