May və iyun aylarında Lənkəran-Lerik istiqamətində bir günlük tur keçiriləcək.
Finss.az xəbər verir ki, turun qiyməti ekonom paket üçün 25 AZN, standart paket üçün isə 29 AZN-dir.
Qiymətə nəqliyyat xidməti, ekskursiyalar, tur rəhbəri, çay süfrəsi və yolboyu əyləncəli oyunlarla yanaşı, standart paketdə səhər yeməyi də daxildir.
Tur zamanı iştirakçılar Lənkərandakı Xanbulan gölü (giriş 2 AZN), Sivəkaran şəlaləsi, Rahat Məkan və Meşəbəyi istirahət mərkəzlərinə ekskursiya edəcəklər. Nahar fasiləsi Rahat Məkan istirahət mərkəzində olacaq (qiymətə daxil deyil).
Tur tarixləri:
May: 28, 31
İyun: 7, 8, 14, 15, 21, 22, 28, 29
Toplanış saat 06:30-da Gənclik metrosunun yaxınlığındakı Caspian Shopping Ticarət Mərkəzinin önündə baş tutur. Çıxış saat 07:10-da, Bakıya qayıdış isə təqribən 23:00-da nəzərdə tutulub.
Yolüstü qoşulmaq istəyənlər üçün digər toplanış məntəqələri: 20 Yanvar (Kontakt Home), Şamaxinka (Lukoil), Lökbatan dairəsi, Sahil qəsəbəsi və Salyan.
Tur zamanı spirtli içkilər qəti qadağandır. Ən azı 18 nəfərlik qruplar üçün fərdi tur və istəyə uyğun tarix seçimi mümkündür.
Əlavə məlumat üçün əlaqə: (070) 240-33-34/Stimul Travel
Fuad Mədətov
Finss.az