İsmayıllı və Qəbələyə maraqlı ekskursiya turu mayın 28 və 31-i tarixlərində həyata keçiriləcək.
Finss.az xəbər verir ki, bir günlük turun qiyməti 25 AZN-dən başlayır. Standart paket üçün isə qiymət 29 AZN təşkil edir.
Qiymətə nəqliyyat xidməti, ekskursiyalar, tur rəhbəri, yolboyu əyləncəli oyunlar və qayıdışda çay daxildir. Standart paketdə səhər yeməyi də təqdim olunur.
Ekskursiya marşrutuna İsmayıllıdakı Aşıqbayramlı gölü (2 AZN əlavə ödənişlə), Qəbələnd əyləncə mərkəzi (giriş qiymətə daxil deyil), Nohurgöl və 7 Gözəl Şəlaləsi daxildir.
Turun toplanış yeri saat 06:30-da Gənclik metrosunun qarşısındakı Caspian Shopping Ticarət Mərkəzinin önüdür. Çıxış saat 07:00-da nəzərdə tutulub. Bakıya qayıdış saat 22:00-23:00 arası baş tutacaq.
0-5 yaş arası uşaqlar ödənişsiz iştirak edə bilər (nəqliyyatda yer tutulmur). Spirtli içkilər tur zamanı qəti şəkildə qadağandır. 18 və daha artıq şəxsdən ibarət qruplar üçün fərdi turların digər rayonlara da təşkili mümkündür.
Ətraflı məlumat üçün əlaqə: (077) 748-07-17/Arzum Travel
Fuad Mədətov
Finss.az