TURİZM

21 May

Adriatik sahilində unudulmaz tətil: 8 günlük Balkanlar turu 1,350 AZN-dən

Tel Travel şirkəti 8 günlük Balkanlar turu təşkil edir. Tur Serbiya, Bosniya, Monteneqro və Albaniya ölkələrini və Adriatik dənizi sahilində yerləşən ən gözəl şəhərləri əhatə edir.

Finss.az xəbər verir ki, tura 9-16 iyun, 16-23 iyul, 6-13 avqust və 3-10 sentyabr tarixlərində qatılmaq mümkündür.

Turun qiyməti 1 350 AZN (1450 EUR) təşkil edir. Qiymətə Bakıdan başlayaraq İstanbul və İstanbuldan Belqrada, Tiranadan İstanbul və yenidən Bakıya aviabilet daxil olmaqla, transfer xidməti və 7 gecə 4 ulduzlu otellərdə qalma daxildir. Gecələmələr Belqradda 2 gecə, Sarayevoda 1 gecə, Budvada 3 gecə və Tiranada 1 gecə olmaqla təşkil olunacaq.

Səhər yeməkləri, səyahət sığortası və Azərbaycan dilində peşəkar tur rəhbəri xidməti də qiymətə daxildir. Panoramik şəhər turları Belqrad, Sarayevo, Mostar, Blaqaj, Perast, Kotor, Budva və Tirana şəhərlərində keçiriləcək. Bütün ekskursiyalar tur paketində daxildir.

Qeyd etmək lazımdır ki, nahar, şam yeməyi, muzeylərə giriş və şəhər vergiləri qiymətə daxil deyil. Turun qiyməti may ayının 1-nə kimi sabitdir, sonradan aviabiletlərə görə dəyişə bilər.

Əlavə məlumat və qeydiyyat üçün Tel Travel ilə əlaqə saxlamaq mümkündür.

Əlaqə nömrələri:
(055) 291-54-30
(050) 999-69-60
(050) 242-02-59

Fuad Mədətov
Finss.az