Cosmic Travel şirkəti tərəfindən may ayının müxtəlif günlərində Quba və Qusar ərazilərinə bir günlük tur keçiriləcək.
Finss.az xəbər verir ki, tur iştirakçılar üçün iqtisadi və standart paketlərdə təqdim olunur. Ekonom paket 25 manat, standart paket isə 29 manatdır.
Qiymətə nəqliyyat xidməti, tur rəhbəri, ekskursiyalar, çay süfrəsi və standart paketdə səhər yeməyi daxildir. Tura qatılanlar Laza şəlaləsi, Qəçrəş meşəsi və Macəra Lake Park kimi təbii gözəllikləri ziyarət edəcəklər. Yol boyu iştirakçılar üçün əyləncəli oyunlar və hədiyyələr təşkil edilir.
Toplanış saat 06:30-da Gənclik metro stansiyası, Caspian Shopping qarşısında olacaq. Çıxış saat 07:10-da başlayacaq və Bakı şəhərinə təqribən saat 22:00-da qayıdış planlaşdırılır. İstəyənlər yolüstü olaraq Şamaxinka (Lukoil), Xırdalan dairəsi, Saray postu və Sumqayıt yazısının önündə tura qoşula bilərlər.
Tura 10 nəfər gətirən şəxs özü üçün pulsuz iştirak imkanı qazanır. 0-5 yaş uşaqlar üçün ödəniş tələb olunmur. Tur zamanı spirtli içkilərin qəbulu qadağandır. Nahar qiymətə daxil deyil.
Minimum 18 nəfərdən ibarət fərdi qruplar üçün digər rayonlara da turlar təşkil etmək mümkündür. Toplanış yeri və tarixlər müştərilər tərəfindən seçilə bilər.
Əlaqə üçün:
(055) 957-89-57
Fuad Mədətov
Finss.az