“STİMUL TRAVEL” şirkəti tərəfindən cənub bölgəsinə - Lənkəran və Lerikə istiqamətlənən 1 günlük tur elan edilib. Turun qiyməti seçilən paketdən asılı olaraq 25 və ya 29 manat təşkil edir.
Finss.az xəbər verir ki, turun tarixləri may ayı üçün 17, 18, 24, 25, 28 və 31, iyun ayı üçün isə 7, 8, 14, 15, 21, 22, 28 və 29 tarixlərini əhatə edir. Toplanış 06:30-da “Gənclik” metrosu, Caspian Shopping Mall-ın qarşısında həyata keçiriləcək, çıxış isə 07:10-da baş tutacaq. Təqribən 23:00-da qayıdış planlaşdırılır.
Yolüstü tur iştirakçıları üçün əlavə toplanış nöqtələri müəyyən edilib: 20 Yanvar (Kontakt Home), Şamaxinka (Lukoil), Lökbatan dairəsi, Sahil qəsəbəsi və Salyan.
Ekskursiya proqramına Xanbulan gölü (giriş 2 AZN), Sivəkaran şəlaləsi, Rahat Məkan və Meşəbəyi istirahət mərkəzlərinə səfərlər daxildir. Ekonom paketə nəqliyyat, ekskursiyalar, çay süfrəsi, tur rəhbəri və əyləncəli proqramlar daxildir. Standart paketdə isə əlavə olaraq səhər yeməyi təklif olunur.
Qeyd olunur ki, tur zamanı spirtli içkilərdən istifadə qəti qadağandır. Nahar yeməyi qiymətə daxil deyil. Ən azı 18 nəfərlik qruplar üçün istənilən tarix və istiqamətdə fərdi turlar təşkil oluna bilər.
Əlaqə:
(070) 240 33 34
Fuad Mədətov
Finss.az