Jet Travel şirkəti tərəfindən təşkil olunan məktəbli turları artıq açıq elan edilib.
Finss.az xəbər verir ki, turlar əsasən 3-15 yaş uşaqlar üçün nəzərdə tutulub və yalnız qrup şəklində, ən azı 20 nəfərlə təşkil olunur. Bağça qrupları, məktəb sinifləri və valideynlər də iştirak edə bilər. Valideynlər üçün giriş biletləri qiymətə daxil deyil.
Tura daxil olan xidmətlərə VIP nəqliyyat, bələdçi xidməti (Azərbaycan, Rus və İngilis dillərində), giriş biletləri (yalnız uşaqlar üçün), foto çəkiliş və musiqili oyunlar daxildir. Turların proqramında Muzey, Qoruq, Piknik, Tarixi Abidələr və müxtəlif masterklasslar mövcuddur.
Gəzintilər zamanı iştirakçılar Gəmi Muzeyi, Zoologiya Muzeyi, Zoopark, Vulkan, Qobustan qayaları, Şirvanşahlar, Yanardağ, Suraxanı Atəşgah abidələri, Heydər Əliyev Mərkəzi və digər tarixi-mədəni məkanlarla tanış olacaqlar. Həmçinin pizza, dulusçuluq, fincan boyanması və digər maraqlı masterklasslar da keçiriləcək.
Rayon turları variantları da mövcuddur: Quba-Qusar-Laza, Qarabağ turları, Lənkəran-Lerik, Astara-Sim, İsmayıllı və digər regionlar. Rayon turlarına fərdi şəkildə qoşulmaq mümkündür.
Turlar 5 saat davam edir (gediş-dönüş daxil olmaqla) və avtobus məktəb və ya bağçadan yola düşüb yenidən həmin nöqtəyə qayıdır.
Əlavə məlumat və qeydiyyat üçün (099) 763 13 33 nömrəsi ilə əlaqə saxlamaq olar. Qiymət 12 manatdır.
Fuad Mədətov
Finss.az